Mərakeş Krallığı Parlamentinin Nümayəndələr Palatasının sədri ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etmişdir

 

AzərTAc xəbər verir ki, Azərbaycanda səfərdə olan Mərakeş Krallığı Parlamentinin Nümayəndələr Palatasının sədri Abdelvahed Radi sentyabrın 24-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşdur.

Sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş cəsur Vətən övladlarının xatirəsi anılmış, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyulmuşdur.

Abdelvahed Radionu müşayiət edən şəxslər Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr etmişlər.

 

 

Azərbaycan.- 2010.- 25 sentyabr.- S. 3.