Baş nazirin birinci müavini Yaqub Eyyubov yaxın
günlərdə Daşkənddə açılacaq Azərbaycan
Mədəniyyət Mərkəzində olmuşdur
Azərbaycan ilə Özbəkistan arasında əməkdaşlıq üzrə hökumətlərarası birgə komissiyanın iclasında iştirak edən Baş nazirin birinci müavini, komissiyanın həmsədri Yaqub Eyyubov yaxın günlərdə Daşkənddə açılacaq Azərbaycan Mədəniyyət Mərkəzində olmuşdur.
Yaqub Eyyubov buradakı Heydər Əliyev Muzeyi, Azərbaycanın Dövlətçilik Tarixi Muzeyi, o cümlədən Azərbaycan və Özbəkistanın müştərək tarixi muzeyləri ilə tanış olmuşdur.
Azərbaycanın Özbəkistandakı səfiri Namiq Abbasov mərkəzdə yaradılan şərait haqqında məlumat vermişdir. Bildirilmişdir ki, burada təntənəli mərasimlər, eləcə də sərgi, kino, konfrans və konsert salonları, kitabxana yaradılmışdır. Mərkəzdə, həmçinin kompüter kursları, Azərbaycan musiqisi və rəqs dərnəkləri, bazar günü məktəbi fəaliyyət göstərəcəkdir.
Buraya gələnlər quraşdırılacaq monitor vasitəsilə hər gün Azərbaycan filmlərinə tamaşa edəcək, musiqiyə qulaq asacaqlar.
Qulu KƏNGƏRLİ,
AzərTAc-ın xüsusi
müxbiri
Daşkənd
Azərbaycan.- 2010.-25
sentyabr.- S. 4.