Xarici işlər naziri Elmar Məmmədyarov Nyu-Yorkda bir sıra görüşlər keçirmişdir

 

Nyu-Yorkda səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Xorvatiyanın xarici işlər və Avropaya inteqrasiya naziri Qordan Yandrokoviç ilə görüşmüşdür.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə ikitərəfli əlaqələr və əməkdaşlıq məsələləri müzakirə edilmişdir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə maraqlanan xorvatiyalı həmkarına nazir Elmar Məmmədyarov danışıqlar prosesinin cari vəziyyəti barədə ətraflı məlumat vermişdir.

E.Məmmədyarov Nyu-Yorkda Qrenadanın xarici işlər naziri Peter David ilə də görüş keçirmişdir.

Nazirlər Azərbaycan və Qrenada arasında diplomatik əlaqələrin qurulması haqqında birgə rəsmi sənəd imzalamışlar.

E.Məmmədyarov həmkarına Azərbaycanın iqtisadi durumu və inkişafı, ölkənin enerji siyasəti haqqında geniş məlumat vermişdir.

Görüşdə iki ölkə arasında əməkdaşlığın perspektivləri müzakirə edilmişdir.

 

 

Azərbaycan.- 2010.-25 sentyabr.- S. 4.