İkinci Beynəlxalq Muğam
festivalı ərəfəsində
Gələn ilin Novruz bayramına təsadüf etməsi nəzərdə tutulan daha bir möhtəşəm beynəlxalq musiqi festivalının keçirilməsi nəzərdə tutulur. Bu barədə mətbuata açıqlama verən Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadənin sözlərinə görə, başçılıq etdiyi mədəniyyət qurumunda hər ay "II Beynəlxalq Muğam festivalı ərəfəsində" mövzusunda tədbir keçirilir: "Artıq muğamlarımızla bağlı kitabların təqdimatı olmuş, elmi konfranslar keçirilmiş, ifaçılarla görüşlər təşkil edilmişdir. İstəyirik ki, bu festival Novruz bayramına təsadüf etsin".
Muğam ifaçılarının sayının hər il artdığını bildirən F.Əlizadə onu da vurğulamışdır ki, ötən festivalda iştirak edənlərin növbəti yarışmada da təmsil olunmalarını istəyənlər az deyil, hətta xarici ölkələrdən də bu barədə müraciətlər edilir: "Lakin biz istəyirik ki, yeni tərkib olsun və festival yüksək səviyyədə baş tutsun".
Azərbaycan.- 2010.- 25 sentyabr.- S. 7.