Respublika Uşaq Kitabxanası yeni binada

 

T.Köçərli adına Respublika Uşaq Kitabxanasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən inşa olunan yeni binasının açılış mərasimində çıxış edən nazir Ə.Qarayev son illər bu sahədə görülmüş işlərin əhəmiyyətindən söz açmış, dövlətin, eləcə də Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilən bir sıra tədbirləri mədəni hadisə kimi qiymətləndirmişdir: "Ölkəmizin mədəniyyət ocaqları yenidən qurulur. Mədəniyyət müəssisələri üçün yüksək standartlara cavab verən binalar tikilir. Müasir avadanlıqlarla təchiz olunan kitabxana öz qapılarını uşaqların üzünə açır. Kitabın insan təfəkkürünün formalaşmasında əvəzsiz yeri var. İnternet, müasir kompüterlər, televiziya olsa da, kitab biliksavad mənbəyidir".

Müasir kitabxana binasının yeni tələblərə cavab verdiyiniona görə də buradan təkcə uşaqların deyil, böyüklərin də faydalanacağını bildirən nazir onu da vurğulayıb ki, "Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı"na uyğun olaraq, bir sıra mədəni-maarif müəssisləri əsaslı təmir edilibya tikilib: "14 rayonda müasir kitabxana-informasiya mərkəzləri yaratmışıq. Nazirlik tərəfindən kitabxana şəbəkəsinin vahid internetinformasiya şəbəkəsinə daxil olması üçün böyük işlər görülür. Arzumuz budur ki, növbəti 4-5 il müddətində ölkədəki bütün kitab fondu müasir rəqəmsal daşıyıcılara keçirilsin. Milli Kitabxana və sahə kitabxanaları vahid şəbəkəyə daxil olsun".

 

 

Azərbaycan.- 2010.-25  sentyabr.- S. 7.