"Portret xarakter əsəridir"

 

Azərbaycan rəssamlarının sentyabr ayının 25-dək Muzey Mərkəzində Mədəniyyət Nazirliyi ilə Rəssamlar İttifaqının birgə layihəsi əsasında keçirilən "Azərbaycan rəssamlarının avtoportretləri" adlı sərginin açılış mərasimində Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilovun çıxışı sərgi iştirakçılarının marağına səbəb olub: "Portret elə bir janrdır ki, orada rəssam xarici görkəmlə yanaşı, insanın daxili aləmini əks etdirir. Mən düşünürəm ki, yerli rəssamların çəkdikləri avtoportretlər iştirakçılarda kifayət qədər maraq doğuracaq".

Sərgidə rəssamların portret, rəngkarlıq, qrafika, avanqard janrlarında 160-dan artıq əsəri nümayiş etdirilir.

 

 

Azərbaycan.- 2010.-25  sentyabr.- S. 7.