"Üzeyir Hacıbəyli" və "Ölməzlik"

 

Dahi bəstəkarımız Üzeyir Hacıbəylinin anadan olmasının 125 illiyi ilə əlaqədar keçirilən tədbirlərin sırası və coğrafi ərazisi genişlənməkdədir ki, bu da ölməz sənət əsərlərinin müəllifinə dövlət qayğısının və xalq məhəbbətinin ifadəsidir.

Yubiley günlərində tanınmış musiqişünas alim, Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Zemfira Səfərovanın böyük sənətkarın həyat və fəaliyyətindən bəhs edən "Ölməzlik" və "Üzeyir Hacıbəyli" kitablarının nəşri də bu tədbirlər çərçivəsində işıq üzü görmüşdür.

"Ölməzlik"də dahi bəstəkarın müxtəlif illərdə Türkiyə, Bakı və Moskva mətbuatında Azərbaycan, rusingilis dillərində dərc edilmiş publisistik yazıları toplanıb.

Müəllifin "Üzeyir Hacıbəyli" kitabı isə Belqradda Nina Poliçinin serb dilinə tərcüməsində çap olunub.

 

 

Azərbaycan.- 2010.-25 sentyabr.- S. 7.