Vaşinqtonda dahi Üzeyir Hacıbəylinin 125 illik yubileyi qeyd edilmişdir

 

Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin 125 illik yubileyi münasibətilə Bakıda Vyanada keçirilən bayram tədbirlərinə Vaşinqton da qoşulmuşdur.

Sentyabrın 23-də ABŞ paytaxtında "Qarabağ" Fondu tərəfindən bəstəkarın yubileyi münasibətilə Azərbaycan mədəniyyəti gecəsi təşkil edilmişdir. Qeyd edək ki, yeni yaranan ABŞ qeyri-hökumət təşkilatı kimi "Qarabağ" Fondunun məqsədi amerikalıları Azərbaycanın zəngin mədəniyyəti tarixi ilə tanış etmək, ölkələrimiz arasında yeni mədəni körpülər salmaqdır.

Bu barədə AzərTAc-a müsahibəsində fondun direktoru Diana Altman məlumat vermişdir. O demişdir ki, "Qarabağ" Fondunun Üzeyir Hacıbəylinin yubileyinin qeyd edilməsi ilə fəaliyyətə başlaması təsadüfi deyildir. Çünki dahi bəstəkarın simasında təkcə nadir Azərbaycan mədəniyyətini deyil, dəyərlərin qorunub saxlanması, müxtəlif mədəniyyətlərin dialoqu "Qarabağ" Fondunun qarşısına qoyduğu əsas məqsədlərdir.

Azərbaycan mətbəxinin ləziz nümunələrinə qonaq edilən amerikalı sənətsevərlər Üzeyir Hacıbəylinin həyat yaradıcılığı ilə yanaşı, Azərbaycanın bugününü əks etdirən rəngarəng fotosərgi ilə tanış olmuşlar.

Mədəniyyət gecəsində çıxış edən AzərTAc-ın ABŞ üzrə xüsusi müxbiri Şəfəq Mehrəliyeva Üzeyir Hacıbəylinin doğum gününün Azərbaycanda Milli Musiqi günü kimi qeyd edildiyini bildirmişdir. O, bəstəkarın ölkəmizin musiqi maarifçilik tarixində xidmətlərindən danışmış, Ü.Hacıbəylinin müsəlman Şərqinin ilk operası - "Leyli Məcnun"u yaradaraq bəşəriyyətin mədəni irsinə qovuşduğunu vurğulamışdır. Çoxları bu gün Üzeyir bəyin cəmi 22 yaşında peşəkar opera yazmasına təəccüblənirlər. Lakin onun doğulduğu yer bu suala yaxşı cavabdır. Qafqazın təbii musiqi konservatoriyası kimi tanınan Azərbaycanın Qarabağ bölgəsi illərdən bəri ən tanınmış xanəndələr, bəstəkarlar, musiqiçilərin Vətəni olmuşdur. Üzeyir Hacıbəylinin əsasını qoyduğu ənənələrin bu gün davam etdirildiyini bildirən jurnalist sentyabrın 18-də Bakıda Şərq Qərb musiqisini bir araya gətirən Beynəlxalq Festivalın keçirildiyini demişdir.

Daha sonra amerikalı sənətşünas, Nyu-Yorkun tanınmış Metropolitan Operasının sabiq əməkdaşı xanım Şeril Kempler məruzə ilə çıxış edərək Üzeyir Hacıbəylinin yaradıcılığından danışmış, "Leyli Məcnun", "Koroğlu" da daxil olmaqla məşhur əsərlərindən parçalar səsləndirmişdir. Xanım Kempler demişdir ki, Hacıbəylinin dahiliyi muğam musiqi janrının ənənəvi klassik musiqi formaları ilə nadir sintezini yaratmasından ibarət idi. Bununla yanaşı, bəstəkar Qərb aləmində tanınmayan Azərbaycan milli musiqi alətlərinin klassik musiqi orkestrinin bir hissəsinə çevrilməsinə müvəffəq olmuşdur.

Mədəniyyət gecəsində yerli Azərbaycan icmasının üzvü Bəhruz Fərruxi "Koroğlu" operasından "Arşın mal alan" operettasından ariyaları ifa etmiş, amerikalı sənətsevərləri bir sıra milli musiqi alətlərimizin xüsusiyyətləri ilə tanış etmişdir.

"Qarabağ" Fondu Birləşmiş Ştatlarda Azərbaycan mədəniyyətinin təşviqi istiqamətində səylərini davam etdirəcək bu yaxınlarda amerikalı sənətsevərlərə Azərbaycanla bağlı daha yeni layihələr təqdim edəcəkdir.

 

 

Azərbaycan.- 2010.- 25 sentyabr.- S. 7.