Almatıdakı Türkdilli Xalqların Ümumdünya Assambleyası "Türk dili və mədəniyyəti günü"nün təsis olunmasını təklif etmişdir

 

Almatıdakı Türkdilli Xalqların Ümumdünya Assambleyasının (TXÜA) rəhbəri Ermentay Sultanmurat mətbuat konfransında "Türk dili və mədəniyyəti günü"nün təsis edilməsini təklif etmişdir.

O demişdir: "Türkdilli xalqlar Avrasiyanın ucsuz-bucaqsız torpaqlarında, Sakit Okean sahillərindən Balkanlaradək olan ərazilərdə məskunlaşmışlar. Türkdilli xalqlar hələ qədimdən nadir mədəniyyət yaratmış, ilk dünya sivilizasiyasının meydana gəlməsinin önündə getmişlər. Türk sivilizasiyası, türk mədəniyyəti bu gün ümumbəşəri mədəniyyətin ayrılmaz tərkib hissəsi olaraq qalır və belə bir günün may ayında keçirilməsinin tərəfdarıyıq".

Ermentay Sultanmurat bildirmişdir ki, TXÜA dünyada sülhün bərqərar olunmasında, Mərkəzi Asiyadatürk dünyasının inkişafındakı xidmətlərinə görə Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin Nobel sülh mükafatına namizədliyinin irəli sürülməsi təşəbbüsü ilə çıxış edir.

Onu sözlərinə görə, Nursultan Nazarbayev təhlükəsizlik problemi ilə ciddi məşğul olur. Qazaxıstan Prezidenti dünyada nüvə tərksilahı təşəbbüsünü irəli sürənlərdən biridir.

 

 

Qulu KƏNGƏRLİ,

AzərTAc-ın xüsusi müxbiri

Astana

 

Azərbaycan.- 2010.- 25 sentyabr.- S. 7.