"Dinc yanaşı yaşamaq üçün gənclərin həmrəyliyi" mövzusunda mədəniyyətlərarası və dinlərarası beynəlxalq layihə həyata keçirilmişdir

 

Azərbaycanın Gənclər və İdman Nazirliyinin, "Gəncliyin Şöləsi" Gənclərin İnkişafı İctimai Birliyinin, Avropa Şurasının Avropa Gənclər Fondunun birgə təşkilatçılığı ilə Bakı və Quba şəhərlərində "Dinc yanaşı yaşamaq üçün gənclərin həmrəyliyi" mövzusunda mədəniyyətlərarası və dinlərarası beynəlxalq layihə həyata keçirilmişdir.

Gənclər və İdman Nazirliyindən bildirmişlər ki, layihənin əsas məqsədi Avropa ölkələrində yaşayan gənclərin diqqətini Azərbaycandakı tolerantlığa və mədəni müxtəliflik sahəsində mövcud olan əmin-amanlığa cəlb etmək, yerli və beynəlxalq müstəvidə gənclərin mədəniyyətlər və dinlərarası dialoqunu təşkil etmək və millətlər arasında qarşılıqlı anlaşmanın inkişaf etdirilməsinə töhfə vermək olmuşdur.

Layihə İtaliyanın "Centro Solidariet? Terzo Settore", Gürcüstanın "Ertoba" İctimai Birliyi və Rumıniyanın Gənclər və Regional İnkişaf Assosiasiyası təşkilatı ilə əməkdaşlıq çərçivəsində icra olunmuşdur.

Azərbaycan, Gürcüstan, Türkiyə, Estoniya, İtaliya, Rumıniya və Moldovada fəaliyyət göstərən gənclər təşkilatlarının 35 nümayəndəsi seçilərək layihə çərçivəsində müxtəlif fəaliyyətlərə cəlb olunmuşdur.

Layihə çərçivəsində "Sülh quruculuğunda gənclərin rolu", "Tolerantlıq konsepsiyası", "Müxtəliflikdən birliyə", "Şəxsiyyət anlayışı", "Birgəyaşayış", "Mədəniyyətlərarası və dinlərarası dialoq", "Azərbaycan - müxtəliflik və tolerantlıq modeli kimi" və digər mövzularda təlimlər keçirilmişdir.

Eyni zamanda, "Azərbaycanda gənclər siyasəti və gənclər işi" mövzusunda təqdimat olmuşdur. Təqdimat zamanı yerlixarici iştirakçılara dövlət gənclər siyasəti və gənclər işi barədə ətraflı məlumat verilmiş, birgə müzakirələr və təcrübə mübadiləsi aparılmışdır. İştirakçılar Azərbaycanda fəaliyyət göstərən Gənclər üçün Təhsil Mərkəzinin fəaliyyəti ilə tanış olmuşlar.

Müxtəlif ölkələrdən gələn nümayəndələr Azərbaycanın bir sıra tarixi yerlərini gəzmiş, ölkəmizin maddi və mənəvi abidələri, etnikdini müxtəlifliyi ilə zəngin olan Quba şəhərinə səfər etmişlər.

Quba Soyqırımı Məzarlığı ilə də tanışlıq zamanı xarici qonaqlara 1918-ci ildə ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş soyqırımı faktının acı nəticələri əyani olaraq göstərilmişdir. Avropalı gənclər bu faktı çox təəssüflə qarşıladıqlarını və öz ölkələrində faciə ilə bağlı məlumat verəcəklərini söyləmişlər.

Daha sonra layihənin proqramına uyğun olaraq, iştirakçıların Qubada mövcud olan İslam, xristianiudaizm dinləri ilə yaxından tanışlığı məqsədi ilə məscid, kilsə və sinaqoqa səfərləri təşkil olunmuş, həmçinin Qırmızı Qəsəbədə Qubada yaşayan yəhudilərlə görüş keçirilmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 26 sentyabr.- S. 2.