N.Nərimanov adına kitabxanada "İnformasiya-kommunikasiya texnologiyaları yenilikləri" mövzusunda tədbir keçirilmişdir

 

Bakının Badamdar qəsəbəsindəki N.Nərimanov adına kütləvi kitabxanada "İnformasiya-kommunikasiya texnologiyaları yenilikləri" silsiləsindən növbəti tədbir keçirilmişdir.

Kitabxanadan AzərTAc-a bildirmişlər ki, direktor Arzu Həsənli tədbirin məqsəd və əhəmiyyətindən, müasir dövrdə internetin insanların həyatında mühüm rol oynamasından danışmış, gənclərin bu sahədə təlimatlandırılmasının vacibliyini vurğulamışdır.

Badamdar qəsəbəsindəki 239 nömrəli məktəbin yuxarı sinif şagirdlərinin və kitabxananın fəal oxucularının iştirak etdikləri tədbirdə çıxış edən "Kanal 13" internet televiziyasının nümayəndələri internet, ondan istifadə qaydaları, müasir insanın həyatında, təhsildə, şəxsi inkişaf və başqa sahələrdə rolu, mövcud internet resursları haqqında ətraflı danışmışlar.

Tədbirdə məktəbliləri maraqlandıran suallar cavablandırılmışdır.

 

 

Azərbaycan.- 2010.- 26 sentyabr.- S. 6.