Azərbaycan Tokioda
keçirilən Beynəlxalq turizm sərgisində
iştirak edir
Azərbaycan sentyabr ayının 24-də Yaponiyanın Tokio şəhərində açılmış "JATA" Beynəlxalq turizm sərgisində iştirak edir.
Mədəniyyət və Turizm Nazirliyindən AzərTAc-a bildirmişlər ki, beynəlxalq sərgidə ölkəmiz Azərbaycan Turizm Assosiasiyasının nümayəndələri və bir sıra tanınmış turizm şirkətləri ilə təmsil olunur.
Bu nüfuzlu sərgidə Azərbaycanın turizm potensialını iştirakçılar və ziyarətçilər arasında təbliğ etmək məqsədi ilə yapon və ingilis dillərində reklam çap məhsulları, təbliğat vasitələri nümayiş etdirilir. Sərgidə, həmçinin milli üslubda hazırlanmış lövhə quraşdırılmışdır.
Beynəlxalq sərgi sentyabrın 26-da başa çatacaqdır.
Azərbaycan.- 2010.- 26 sentyabr.- S. 6.