Azərbaycan-Özbəkistan sənədləri
imzalanmışdır
Sentyabrın 27-də Azərbaycan Prezidenti İlham Əliyevin və Özbəkistan Prezidenti İslam Kərimovun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü başa çatdıqdan sonra Azərbaycan-Özbəkistan sənədlərinin imzalanma mərasimi olmuşdur.
Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti İslam Kərimov Birgə Bəyannamə imzaladılar.
"Özbəkistan Respublikası Uçuşların Təhlükəsizliyinə Nəzarət üzrə Dövlət Müfəttişliyi və Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası arasında aviasiya personalı şəhadətnamələrinin qarşılıqlı tanınması haqqında Saziş"i Özbəkistan Respublikası Uçuşların Təhlükəsizliyinə Nəzarət üzrə Dövlət Müfəttişliyinin rəisi Tolib Eqamberdiyev və "Azərbaycan Hava Yolları" QSC-nin prezidenti Cahangir Əsgərov imzaladılar.
"Özbəkistan Milli Teleradio Şirkəti və "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti arasında əməkdaşlıq haqqında Saziş"i Özbəkistan Milli Teleradio Şirkətinin sədri Alişer Xocayev və "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin sədri Arif Alışanov imzaladılar.
"Özbəkistan Rəssamlıq Akademiyası və Azərbaycan Milli Elmlər Akademiyası Memarlıq və İncəsənət İnstitutu arasında əməkdaşlıq haqqında Müqavilə"ni Özbəkistan Rəssamlıq Akademiyasının sədri Tursunali Kuziyev və Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov imzaladılar.
"Özbəkistan Respublikası Baş Prokurorluğu və Azərbaycan Respublikası Baş Prokurorluğu arasında əməkdaşlıq və hüquqi yardım haqqında Saziş"i Özbəkistanın Baş prokuroru Raşitjan Kodirov və Azərbaycanın Baş prokuroru Zakir Qaralov imzaladılar.
"Özbəkistan Respublikası Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi arasında 2010-2012-ci illərdə qarşılıqlı fəaliyyət haqqında Protokol"u Özbəkistanın daxili işlər naziri Baxodır Matlyubov və Azərbaycanın daxili işlər naziri Ramil Usubov imzaladılar.
"Özbəkistan Respublikası Xarici İşlər Nazirliyi və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi arasında 2010-2012-ci illər üçün əməkdaşlıq Proqramı"nı Özbəkistanın xarici işlər naziri Vladimir Norov və Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov imzaladılar.
"18 iyun 1997-ci ildə imzalanmış "Özbəkistan Respublikası hökuməti və Azərbaycan Respublikası hökuməti arasında Özbəkistan Respublikası və Azərbaycan Respublikası vətəndaşlarının vizasız gəliş-gedişi haqqında Saziş"ə dəyişikliklər və əlavələr edilməsi haqqında Protokol"u Özbəkistanın xarici işlər naziri Vladimir Norov və Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov imzaladılar.
"2011-2015-ci illər üzrə Özbəkistan Respublikası hökuməti və Azərbaycan Respublikası hökuməti arasında iqtisadi əməkdaşlıq haqqında Saziş"i Özbəkistanın Baş nazirinin birinci müavini, maliyyə naziri Rüstəm Azimov və Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov imzaladılar.
AzərTAc
Azərbaycan.- 2010.- 28 sentyabr.- S. 2.