Prezident İlham Əliyev
Özbəkistan Senatının binası ilə tanış olmuşdur
Azərbaycan Prezidenti
İlham Əliyev sentyabrın 27-də Özbəkistan
parlamentinin yuxarı palatası - Senatın binası ilə
tanış olmuşdur.
Özbəkistan dövlətinin
başçısı İslam Kərimov Prezident İlham Əliyevə
milli və müasir üslubları özündə birləşdirən
bina haqqında məlumat verdi. Bina 3 il əvvəl inşa
olunmuşdur. Özbəkistan parlamenti Senatının 100
üzvü vardır. Ali Məclisin qəbul etdiyi qanunlar
Senatda bəyənildikdən sonra təsdiqlənmək
üçün ölkə başçısına göndərilir.
Prezident İlham Əliyev
burada senatorlara yaradılan iş şəraiti ilə
tanış oldu.
AzərTAc
Azərbaycan.- 2010.- 28 sentyabr.- S. 2.