Forumlar Sarayı ilə
tanışlıq
Xüsusi müxbirimiz xəbər verir ki, sentyabrın 27-də Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti İslam Kərimov Daşkəndin mərkəzində yerləşən Forumlar Sarayına gəldilər.
Milli memarlıq üslubunda tikilmiş bu möhtəşəm bina haqqında dövlətimizin başçısına məlumat verildi. Bildirildi ki, 2 min tamaşaçı yeri olan bu sarayda yüksək səviyyəli dövlət mərasimləri və beynəlxalq tədbirlər keçirilir.
Özbəkistan Prezidenti İslam Kərimov dövlətimizin başçısı İlham Əliyevə binanın ətrafında Əmir Teymur bağında aparılan abadlıq-quruculuq işləri barədə də məlumat verdi.
AzərTAc
Azərbaycan.- 2010.- 28 sentyabr.- S. 3.