İrina Bokova: Mehriban Əliyeva beynəlxalq birliyin
diqqətini məktəb yaşına çatmamış
uşaqların problemlərinə cəlb etmişdir
YUNESKO-nun baş direktoru İrina Bokova Azərbaycanın birinci xanımı, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın və Azərbaycanın fəal mövqeyini yüksək qiymətləndirmişdir. Bu barədə o, YUNESKO-nun kiçikyaşlı uşaqların tərbiyəsi və təhsili üzrə 1-ci Ümumdünya forumunun rəsmi açılış mərasimindən sonra Moskva Beynəlxalq Ticarət Mərkəzində keçirilmiş mətbuat konfransında bildirmişdir.
AzərTAc-ın müxbirinin "Azərbaycanın birinci xanımı, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın konfransda şəxsən iştirakı Azərbaycanın YUNESKO-nun çox fəal tərəfdaşı olmasına sübutdurmu və Azərbaycan ilə əməkdaşlığı ümumilikdə necə qiymətləndirirsiniz" sualına İrina Bokova belə cavab vermişdir: "Mən çox şadam ki, Mehriban xanım Əliyeva dəvətimizi qəbul edib konfransda şəxsən iştirak etmişdir. Mehriban xanım Əliyeva 2006-cı ildən xoşməramlı səfirdir. Mən çox şadam ki, xoşməramlı səfir kimi o, beynəlxalq birliyin diqqətini bu mövzuya cəlb etmişdir. Xoşməramlı səfirlərin fəaliyyəti bizim üçün çox əhəmiyyətlidir. Mehriban xanım Əliyevanın fəaliyyəti isə xüsusilə əhəmiyyətlidir, çünki o, bu mövzuya nəinki maraq göstərir, həm də çox böyük siyasi iradə nümayiş etdirir".
İrina Bokova Bakıya bu yaxınlardakı səfərindən və
Azərbaycan Prezidenti İlham
Əliyev ilə görüşündən dərin məmnunluq
ifadə etmişdir. İrina
Bokova demişdir: "Bakıda keçirilən görüşlər
zamanı mən təkcə Azərbaycanın YUNESKO ilə əməkdaşlığa
çox böyük
önəm verdiyini deyil,
həm də bugünkü konfransda müzakirə olunan
məsələyə də yüksək diqqət yetirildiyinin şahidi oldum. Mən bu səylərə
çox hörmətlə yanaşır
və Azərbaycanın fəal mövqeyini,
habelə əməkdaşlıq arzusunu və
bu konfransa
marağını yüksək qiymətləndirirəm".
YUNESKO-nun baş direktoru İ.Bokova mətbuat konfransında YUNESKO-nun məktəb
yaşına çatmamış
uşaqların tərbiyə
və təhsili məsələlərinə dair
1-ci Ümumdünya konfransının
məqsəd və vəzifələrindən danışmış,
Rusiya və xarici ölkələrin
KİV nümayəndələrinin suallarına cavab vermişdir.
Asya HACIZADƏ,
AzərTAc-ın xüsusi
müxbiri
Moskva
Azərbaycan.- 2010.- 28 sentyabr.- S. 4.