Azərbaycan Prezidenti
İlham Əliyevin Özbəkistan
Respublikasına rəsmi səfəri
Geniş tərkibdə görüş
Xəbər verdiyimiz kimi, sentyabrın 27-də Daşkənddə təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Özbəkistan Respublikasının Prezidenti İslam Kərimovun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqları olmuşdur.
Azərbaycan Prezidenti İlham
ƏLİYEV qonaqpərvərliyə görə
təşəkkür edərək
dedi:
- Hörmətli
İslam Əbdüqəniyeviç,
xoş sözlərinizə,
qardaş Özbəkistana
rəsmi səfərə
dəvət etdiyinizə
görə çox sağ olun. Mən bu səfərə çox böyük əhəmiyyət verirəm.
Əminəm ki, bu səfərin ölkələrimizi
və xalqlarımızı
daha da yaxınlaşdıracaq,
uğurlu əməkdaşlığımız
üçün yeni şərait, zəmin yaradacaq, çox yaxşı nəticələri
olacaqdır, əməkdaşlığımız
genişlənəcək və
yeni məna kəsb edəcəkdir.
Mənim atam, Azərbaycanın dahi lideri Heydər
Əliyev haqqında dediyiniz xoş sözlərə görə
sizə çox minnətdaram. Sizi onunla uzun illər
birgə iş, dostluq, əməkdaşlıq
əlaqələri bağlayırdı.
Mən həm də çox şadam ki, sizin təməlini
qoyduğunuz ənənələr
bu gün davam edir və
ölkələrimiz, qardaş
xalqlarımız çox
səmərəli qarşılıqlı
fəaliyyət göstərir
və daha da yaxınlaşmağa
can atırlar. Hörmətli İslam Əbdüqəniyeviç,
siz və Heydər Əliyev müasir Özbəkistanın
və Azərbaycanın
qurucususunuz. Bu ölkələrin necə
olacağı məhz
sizin uzaqgörənliyinizdən,
müdrikliyinizdən və
siyasi iradənizdən
asılı idi.
Çünki Sovet İttifaqının
süqutundan sonra, prinsip etibarilə bütün keçmiş
sovet respublikaları, demək olar ki, bərabər vəziyyətdə idilər
və eyni çağırışlar və
problemlər qarşısında
dayanmışdılar. Buna görə də
ölkələrimizin indiki
uğurlu inkişafı,
ilk növbədə, bu
ölkələrin liderlərinin
fəaliyyətinin nəticəsidir.
Özbəkistanın dinamik uğurlu
inkişafı barədə
mətbuatdan və müxtəlif mənbələrdən
aldığım məlumatlar
məni çox sevindirir.
Prezident İlham Əliyev ölkələrimizin ortaq
dəyərlərə, zəngin
tarixi və mədəni irsə malik olduğunu vurğulayaraq, bütün
bunların ikitərəfli
münasibətlərin inkişafı
üçün möhkəm
əsas yaratdığını
bildirdi. "Bu möhkəm
əsaslar üzərində
siyasi və iqtisadi əlaqələrin
uğurla inkişafına
iri potensial iqtisadi layihələrin işlənməsi də əlavə edilərsə
nadir regional format yaranır", - deyən dövlətimizin
başçısı bildirdi
ki, bu gün
ölkələrimiz dinamik
şəkildə inkişaf
etməklə yanaşı,
regional sabitliyin təmin
olunmasında da mühüm rol oynayırlar:
- Biz Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ
münaqişəsinin nizamlanması
işində daimi prinsipial mövqeyinə görə Özbəkistana
çox minnətdarıq.
Bu dəstək və münaqişənin
mahiyyətinin, səbəblərinin
dərindən başa
düşülməsi bizim
üçün çox
vacibdir. Sizin bu mövzuda bugünkü bəyanatınız böyük
əhəmiyyət kəsb
edir, çünki münaqişə, onun nizamlanması çox uzanmışdır. Biz
2008-ci ildə BMT Baş
Məclisində Azərbaycanın
işğal olunmuş
ərazilərində vəziyyətə
dair məsələ ilə bağlı səsvermə zamanı Özbəkistanın ifadə
etdiyi mövqeyə görə çox minnətdarıq. Biz münaqişənin mümkün
qədər tez həll olunmasına səy göstəririk.
Çünki işğal altında
olan məhz bizim torpaqlarımızdır.
Azərbaycanlılara qarşı etnik
təmizləmə siyasəti
aparılmış, hərbi
cinayətlər, o cümlədən
Xocalı şəhərində
dinc əhaliyə qarşı soyqırımı
törədilmişdir. O zaman erməni işğalçı quldur
dəstələri 613 dinc
vətəndaşı məhv
etmişdir, onların
100-dən çoxu azyaşlı
uşaqdır.
Məlum olduğu kimi, Dağlıq Qarabağ tarixi Azərbaycan torpağıdır. "Qarabağ"
sözünün özü
bizim köklərə
malikdir. Erməni dilində
bu sözün heç bir mənası yoxdur.
Dağlıq Qarabağın əsas şəhəri Xankəndidir. Bu şəhər yarananda onun adı Xankəndi
olmuşdur. Zənnimcə, bu adı tərcümə
etməyə ehtiyac yoxdur. Sovet dövründə bu şəhərə
1918-ci ildə Bakıda
Azərbaycanın dinc
əhalisinin qanlı qırğınının təşkilatçılarından
biri olmuş bolşevik Stepan Şaumyanın "şərəfinə"
Stepanakert adı verilmişdi. Yəni hətta
toponimlər kimi detal da Dağlıq
Qarabağın əzəli
Azərbaycan torpağı
olmasına, xalqımızın
əsrlər boyu orada yaşamasına dəlalət edir. Təxminən XIX əsrin birinci
yarısından etibarən
ermənilərin başqa
regionlardan kütləvi
şəkildə Dağlıq
Qarabağa köçürülməsi
başlanmışdır. Sovet İttifaqı dağılarkən
azərbaycanlılar etnik
təmizləməyə, deportasiyaya
və kütləvi qətllərə məruz
qalmışlar. Həmçinin Dağlıq Qarabağın
ətrafındakı yeddi
rayonda yaşayan yüz minlərlə Azərbaycan vətəndaşları
kimi, Dağlıq Qarabağın azərbaycanlı
əhalisi də oradan qovulmuşdur. Bu gün həmin
ərazilərdə şəhərlər
və kəndlər viran edilmiş, milli sərvətlərimiz,
muzeylərdə saxlanan
əşyalar talan olunmuş, qəbiristanlıqlar
təhqir edilmiş, məscidlər dağıdılmışdır.
Bu haqsızlıq artıq onilliklərdir ki, davam edir.
Beynəlxalq təşkilatlar bu məsələ barədə
öz mövqelərini
bildirmişlər. BMT-nin Təhlükəsizlik Şurası bu barədə dörd qətnamə qəbul etmişdir. BMT-nin Baş Məclisi, İslam Konfransı Təşkilatı, Avropa Parlamenti, Avropa Şurası müvafiq sənədlər qəbul
etmişlər. Lakin təəssüf
ki, bunun nəticəsində münaqişənin
tənzimlənməsi reallığa
çevrilməmişdir. Biz ümid edirik
ki, beynəlxalq birlik, ilk növbədə
nizamlama prosesi ilə bilavasitə məşğul olan ölkələr münaqişənin
tezliklə tənzimlənməsi
üçün maksimum
səy göstərəcək,
bu məsələdə
beynəlxalq hüququn
prinsiplərindən çıxış
edəcəklər. Əminəm ki, bu, regionun
bütün ölkələrinin
maraqlarına uyğundur.
Azərbaycan isə, öz
tərəfindən bu
vəziyyətlə heç
vaxt barışmayacaqdır.
Xalqımız bununla heç
vaxt barışmayacaqdır.
Hətta valideynləri
Dağlıq Qarabağdan
və onun ətrafındakı ərazilərdən
qovulmuş, özləri
Bakıda və Azərbaycanın digər
şəhərlərində doğulmuş uşaqlar da həmin torpaqlarda
heç vaxt olmasalar da, bir
arzu ilə - əzəli Vətənə
qayıtmaq arzusu ilə yaşayırlar. Mən əminəm ki, o gün gələcəkdir.
Şübhə etmirəm ki,
Azərbaycan ərazi bütövlüyünü, ədaləti
bərpa edəcək,
bütün vətəndaşlarımız
tarixi yaşayış
yerlərinə qayıdacaqlar.
Bu mənada bizi düzgün başa düşdüyünüzə və dəstəklədiyinizə,
ən başlıcası
isə, beynəlxalq hüququn norma
və prinsiplərinə
əsaslanan prinsipial mövqeyinizə görə
Sizə bir daha təşəkkür
etmək istəyirəm.
Sonra Prezident
İlham Əliyev Azərbaycan ilə Özbəkistan arasında
nəqliyyat sahəsində
əməkdaşlığa toxunaraq dedi:
- Fikrimcə,
biz dəmir yolu əlaqəsinin yaradılması
barədə daha fəal məsləhətləşmələr
apacağıq. Bildiyiniz
kimi, biz bu istiqamətdə iş aparırıq və Bakı-Tbilisi-Qars dəmir yolu iki ildən sonra işə düşməlidir. Bunun nəticəsində
malgöndərənlər üçün təhlükəsiz,
iqtisadi cəhətdən
səmərəli və
cəlbedici olan, qitələri birləşdirəcək
tamamilə yeni arteriya açılır.
Bu, dostluq, əməkdaşlıq
və qarşılıqlı
səmərəyə xidmət
edən dəmir yolu olacaqdır.
Humanitar əlaqələrin
inkişafından danışan
dövlətimizin başçısı
bu sahədə də əməkdaşlığı
yüksək qiymətləndirərək
dedi:
- Biz ölkələrimiz
arasında Sizin
dediyiniz ənənəvi
humanitar əməkdaşlığı
çox yüksək
qiymətləndiririk. Bu, tamamilə təbiidir, çünki xalqlarımız
- qardaş xalqlardır,
yaxın xalqlardır.
Biz özbək ədəbiyyatını, musiqisini,
mədəniyyətini çox
sevirik. Yəni bunlar sizin üçün olduğu
kimi, bizim üçün də əziz və doğmadır. Bu gün ölkələrimizin
paytaxtlarında xalqlarımızın
görkəmli nümayəndələrinə
abidələr ucaldılması
da bizim münasibətlərin göstəricisidir,
bir-birimizə bəslədiyimiz
hisslərin nümayişidir.
AzərTAc
Azərbaycan.- 2010.- 29 sentyabr.- S. 1.