Daşkənddə ulu öndər Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin açılışı olmuşdur

 

Xəbər verdiyimiz kimi, sentyabrın 27-də Daşkənddə Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdində Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin binasının əsaslı təmir və bərpadan sonra açılışı olmuşdur.

Açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistanın Baş naziri Şavkat Mirziyayev iştirak etmişlər.

Prezident İlham Əliyev mərkəzin qarşısında ulu öndər Heydər Əliyevin abidəsi önünə əklil qoydu.

Bina ilə tanışlıq zamanı məlumat verildi ki, azərbaycanlıların yığcam yaşadıqları Daşkəndin Mirabad rayonunun mərkəzindəki Heydər Əliyev küçəsində yerləşən mərkəzdə Heydər Əliyev, Azərbaycanın dövlətçilik tarixi, Azərbaycan və Özbəkistanın müştərək tarixi muzeyləri fəaliyyət göstərir.

Prezident İlham Əliyev əvvəlcə Heydər Əliyev muzeyi ilə tanış oldu. Burada ümummilli lider həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən materiallar, dövlət rəhbərləri ilə görüşlərini əbədiləşdirən fotosənədlər, görkəmli şəxslərin Heydər Əliyev haqqında fikirləri toplanmışdır.

Azərbaycanın dövlətçilik tarixi muzeyi ilə tanışlıq zamanı Prezident İlham Əliyevə vaxtilə 400 min kvadratkilometr ərazisi olan respublikamızın xəritələri, tarixi sənədlər, görkəmli şəxsiyyətlər barədə ətraflı məlumat verildi.

Azərbaycanın və Özbəkistanın müştərək tarixi muzeyində toplanmış eksponatlar isə ölkələrimiz arasında qədim tarixi və mədəni əlaqələrdən, habelə bu gün inkişaf edən münasibətlərimizdən söhbət açır.

Prezident İlham Əliyev mərkəzin konfrans salonuna baxdı.

Məlumat verildi ki, mədəniyyət mərkəzində Azərbaycanın musiqi, rəqs folklor ansamblları da fəaliyyət göstərəcəkdir. Bundan əlavə, burada Azərbaycan məktəbi kitabxana da yaradılmışdır.

Mərkəzlə tanışlıqdan sonra Prezident İlham Əliyev Azərbaycan diasporunun üzvləri ilə görüşdü.

Mərkəzin açılışı münasibətilə soydaşlarımızı təbrik edən Prezident İlham ƏLİYEV dedi:

- Mən sizi ürəkdən salamlayıram. Bu gözəl mədəniyyət mərkəzinin əsaslı təmirdən sonra açılışı münasibətilə sizi təbrik edirəm. Altı il bundan əvvəl hörmətli Şavkat müəllimlə bərabər biz burada Azərbaycan mədəniyyət mərkəzinin açılışını qeyd edirdik. O vaxtkı bina o dövr üçün bəlkə məqbul idisə, bugünkü dövr üçün, əlbəttə ki, bu bina daha uyğundur. Ona görə bu mədəniyyət mərkəzinin əsaslı təmiri haqqında qərar qəbul edildi səfirliyin bilavasitə iştirakı, özbək hökumətinin böyük dəstəyi ilə çox gözəl, əzəmətli, yaraşıqlı mərkəz yaradılıbdır. Yəni onu demək istəyirəm ki, artıq bu mədəniyyət mərkəzinin altıillik tarixi vardır, ancaq bu gün onun yeni dövrü başlayır. Çünki əsaslı təmir çox yüksək keyfiyyətlə, zövqlə aparılıbdır.

Bu mərkəz, əslində, Özbəkistan-Azərbaycan dostluğunun təcəssümüdür. Bu mərkəzdə, eyni zamanda, Özbəkistan-Azərbaycan dostluğu muzeyi fəaliyyət göstərir. Bu mərkəz ulu öndər Heydər Əliyevin adını daşıyır. Bu da çox əlamətdar haldır. Çünki ulu öndər Heydər Əliyev bütün dövrlərdə Azərbaycan ilə Özbəkistan arasındakı əlaqələrin inkişafı üçün böyük səylər göstərmişdir. Həm sovet dövründə xalqlarımız arasındakı münasibətlər çox yaxın idi, qardaşlıq zəminində qurulmuşdu, həm xüsusilə müstəqillik dövründə Heydər Əliyev İslam Kərimov - iki ölkənin liderləri ikitərəfli münasibətlərin bax, bugünkü səviyyəyə gəlib çatmasında çox mühüm rol oynamışlar.

Yəni bizim dostluğumuzun böyük tarixi tarixi kökləri vardır. Ancaq müstəqil ölkələr kimi, Özbəkistan Azərbaycan son illər bu əməkdaşlığı yüksək səviyyəyə qaldırmışlar.

Heydər Əliyev özbək xalqına həmişə böyük rəğbətlə, məhəbbətlə yanaşırdı. Mən çox şadam ki, Heydər Əliyevin xatirəsi ilə bağlı bu gözəl duyğular Özbəkistanda özbək xalqının ürəyində yaşayır. Bu gün hörmətli İslam Əbdüqəniyeviçlə görüşdə bu tarix qeyd edildi. Özbəkistan Prezidenti öz çıxışlarında ulu öndər Heydər Əliyev haqqında ürək sözlərini, səmimi sözlərini demişdir. Ölkələrimiz dost, qardaş ölkələrdir. Xalqlarımız da dost, qardaş xalqlardır. Bu gün görüşlərdə qeyd olunan kimi, bizə tərcüməçi lazım deyildir. Biz bir-birimizin dilini başa düşür, anlayırıq bütün beynəlxalq təşkilatlarda məsələlərə vahid mövqedən yanaşırıq. Mən bu gün xüsusilə qeyd etdim ki, Özbəkistan Azərbaycanın haqq işini daim dəstəkləyir, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasını nəinki rəsmi bəyanatlarla dəstəkləyir, eyni zamanda, Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin iclaslarında birmənalı şəkildə Azərbaycanın mövqeyinə səs verir. Bu gün Özbəkistanın Prezidenti bir daha bu prinsipial mövqeyini bildirmişdir.

Bizim aramızda çoxşaxəli münasibətlər vardır - həm iqtisadi, siyasi həm başqa sahələrdə. Ən əsası odur ki, biz səmimi dostuq, qardaşıq. Bu gün yəqin ki, münasibətlərimizin tarixində öz yerini tutacaqdır. Çünki bu gün gördüyümüz işlər münasibətlərimizin inkişaf etdirilməsində çox mühüm rol oynayacaqdır.

Bu, mənim Özbəkistana ikinci rəsmi səfərimdir. Birinci səfərdə biz Azərbaycanın böyük oğlu Nizami Gəncəvinin abidəsini hörmətli Prezident Kərimov ilə bərabər açdıq. İki il bundan əvvəl İslam Kərimovun rəsmi səfəri zamanı Özbəkistan xalqının böyük oğlu Əlişir Nəvainin abidəsi Bakıda ucaldılmışdır. Bu gün Heydər Əliyevin adını daşıyan Mədəniyyət Mərkəzinin yeni dövrü başlayır. Bütün bu hadisələr onu göstərir ki, aramızda olan münasibətlərin çox dərin kökləri çox mənalı məzmunu vardır.

Bu gözəl hadisə münasibətilə sizi ürəkdən təbrik etmək istəyirəm. Buraya Özbəkistanda yaşayan Azərbaycan diasporunun, özbək ictimaiyyətinin nümayəndələri toplaşmışlar. Siz Özbəkistanın dəyərli vətəndaşları kimi onun inkişafına töhfənizi verirsiniz. Ancaq, eyni zamanda, siz Azərbaycanı da təmsil edirsiniz. Mən bilirəm ki, burada azərbaycanlılar üçün bütün şərait yaradılıbdır. Yəni burada heç bir ayrı-seçkilik yoxdur. Yəni siz burada dəyərli vətəndaşlar kimi bütün hüquqlara maliksiniz. Siz bir növ Özbəkistan ilə Azərbaycan arasındakı münasibətlərdə çox vacib funksiyanı daşıyırsınız. Çünki sizin burada işiniz, fəaliyyətiniz, yaşamağınız münasibətlərimizi gücləndirir. Əlbəttə, bilirsiniz ki, Azərbaycanda həmişə sizinlə maraqlanırlar, işlərinizə diqqət göstərilir. Biz bundan sonra da çalışacağıq ki, bütün başqa ölkələrdə, dünyada yaşayan azərbaycanlılarla işlərimiz, əlaqələrimiz daha da yüksək səviyyədə qurulsun. Bir daha sizi ürəkdən təbrik edirəm. Sizə uğurlar arzulayıram.

 

* * *

 

Özbəkistan Milli Elmlər Akademiyasının Mikrobiologiya İnstitutunun elmi işçisi Südabə MƏMMƏDOVA xarici ölkələrdə yaşayan azərbaycanlıları hər zaman diqqətdə saxladığı üçün dövlətimizin başçısına təşəkkürünü bildirdi:

- Cənab Prezident, Sizi Azərbaycanın diasporu adından salamlayıram. Özbəkistana xoş gəlmisiniz. Bu gün doğrudan da tarixi bir gündür ki, biz onu burada qeyd edirik. Cənab Prezident, məhz Sizin şəxsi təşəbbüsünüz ilə bu bina əsaslı təmir edildi, yenidən quruldu. İndi bizə təqdim olunur. Biz hamımız Sizə təşəkkürümüzü bildiririk, minnətdarıq, çox sağ olun. Sizin Özbəkistana hər gəlişiniz bizi çox sevindirir. Sizə öz minnətdarlığımızı bildiririk. Biz həmişə Vətənləyik. Harada olsaq da, biz hamımız azərbaycanlı adımızı başqa dövlətlər, millətlər içində yüksək tutmağa çalışırıq çalışacağıq. Çox sağ olun.

Prezident İlham ƏLİYEV: Sağ olun, təbrik edirəm.

Tədbir iştirakçıları xalqlarımız arasındakı dostluq qardaşlıq əlaqələrinin inkişafına verdiyi töhfələrə görə Azərbaycan Prezidentinə bir daha təşəkkür etdilər.

Sonra xatirə şəkli çəkdirildi.

 

* * *

 

Daha sonra Prezident İlham Əliyev mədəniyyət mərkəzinin sərgi salonunda Səmərqənddə yaşamış mərhum azərbaycanlı heykəltəraş Eynulla Əliyevin əsərlərindən ibarət sərgiyə baxdı.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 29 sentyabr.- S. 2.