Azərbaycan Prezidenti İlham Əliyev İranın birinci vitse-prezidentinin iqtisadi məsələlər üzrə müavini Əli Ağaməhəmmədinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 28-də İran İslam Respublikasının birinci vitse-prezidentinin iqtisadi məsələlər üzrə müavini Əli Ağaməhəmmədinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Görüşdə Azərbaycan ilə İran arasında əlaqələrin müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə uğurla inkişaf etdiyi vurğulandı və ölkələrimizin birgə əməkdaşlıq imkanlarının genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıldı.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 29 sentyabr.- S. 3.