Bakıda Dünya Turizm Gününə həsr olunmuş təntənəli mərasim olmuşdur

 

Sentyabrın 29-da Bakı Biznes Mərkəzində Dünya Turizm Günü ilə bağlı təntənəli mərasim keçirilmişdir.

AzərTAc xəbər verir ki, hökumət rəsmiləri, Bakıda akkreditə olunmuş xarici ölkə səfirliklərinin və turizm sənayesində səmərəli fəaliyyət göstərən özəl sektorun nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək mərasim iştirakçılarını 27 sentyabr - Dünya Turizm Günü münasibətilə təbrik etmişdir.

Nazir bildirmişdir ki, Azərbaycan 2001-ci ildən Beynəlxalq Turizm Təşkilatının üzvüdür. Hər il ölkəmizdə Dünya Turizm Gününün geniş qeyd edildiyini vurğulayan Əbülfəs Qarayev, "Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı"nın müvafiq bəndlərinə əsasən, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən turizmin inkişafı istiqamətində mühüm işlər görüldüyünü diqqətə çatdırmışdır.

Azərbaycan Turizm İnstitutunun (ATİ) fəaliyyətini yüksək qiymətləndirən nazir vurğulamışdır ki, 2006-cı ildə açılmış institutda hazırda 1130 tələbə bakalavr pilləsi üzrə təhsil alır. Bu gün institutda 11 ixtisas üzrə mütəxəssis hazırlanır. Eyni zamanda, ikinci ixtisasmagistr hazırlığına da başlanmışdır.

ATİ-nin beynəlxalq əlaqələrindən danışan Ə.Qarayev diqqətə çatdırmışdır ki, bu ali təhsil müəssisəsinin digər bir üstünlüyü onun ikili diplom təcrübəsindən istifadə etməsindədir. Artıq ATİ-nin bir qrup tələbəsi yerli diplomla yanaşı, dünyada tanınan Avstriya Krems İMC Tətbiqi Elmlər Universitetinin diplomunu da ala biləcəkdir.

Diqqətə çatdırılmışdır ki, bu il institutu bitirmiş 74 bakalavrdan 14-ü Avstriya Krems İMC Tətbiqi Elmlər Universitetinin diplomunu almışdır. Sevindirici haldır ki, artıq ATİ-nin əksər məzunları ixtisaslarına uyğun işlə təmin edilmişlər.

Turizmin inkişafı ilə bağlı statistik göstəriciləri diqqətə çatdıran nazir qeyd etmişdir ki, hazırda Azərbaycanda turistlər üçün nəzərdə tutulan yataq yerlərinin sayı 30 mindən çoxdur. Əgər 2003-cü ildə ölkəmizdə mehmanxanaların sayı 96 idisə, cari ilin birinci yarısında bu rəqəm 477-yə çatmışdır. 2003-cü ildə respublikada turizm şirkətlərinin sayı 74 olduğu halda, hazırda ölkəmizdə 209 turizm müəssisəsi fəaliyyət göstərir.

Ə.Qarayev demişdir ki, cari ilin ötən dövründə nazirliyin əməkdaşları tərəfindən respublikanın bölgələrində 120-dən çox turizm obyektinə baxış keçirilmişdir. Bu zaman mövcud problemlər araşdırılmış və onların aradan qaldırılması üçün təkliflər verilmişdir.

Bu ilin birinci yarısında Azərbaycan 12 beynəlxalq turizm sərgisində iştirak etmişbu nüfuzlu sərgilərdə ölkəmizin turizm potensialının iştirakçılar və ziyarətçilər arasında təbliği məqsədilə müxtəlif dillərdə reklam çap məhsulları, təbliğat vasitələri nümayiş etdirilmişdir. Sərgilərdə həmçinin milli üslubda hazırlanmış lövhələr quraşdırılmışdır.

Mərasimdə Mədəniyyət və Turizm Nazirliyinin investisiyatexniki proqramlar şöbəsinin müdiri Ruslan Abduləlimov Şahdağ qış-yay turizm kompleksi ilə bağlı təqdimatla çıxış etmişdir. Həmçinin, Fransanın "Mondeos" nəşriyyat evi tərəfindən hazırlanmış "Azərbaycanın bələdçi kitabı"nın, Böyük Britaniyanın "Hedonist Guide" şirkəti tərəfindən tərtib olunmuş "Bakı haqqında kataloq"un, "ERA Marketing Center" şirkətinin ölkə vətəndaşları arasında turizmlə bağkeçirdiyi sorğunun nəticələrinin, "Azərbaycanın yeni turist marşrutlarını kəşf edək" layihəsi çərçivəsində sentyabrın 3-dən 5-dək Bakı-Quba-Şamaxı-Bakı istiqamətində keçirilmiş avtosafarinin yekunları haqqında iştirakçılara geniş məlumat verilmişdir.

Sonra ölkəmizdə fəaliyyət göstərən turizm şirkətlərinin təmsilçilərinə milli turizm mükafatı təqdim edilmişdir.

 

 

Azərbaycan.- 2010.-30  sentyabr.- S. 7.