"Azərbaycan Respublikası Vergilər Nazirliyinin 10 illiyi (2000-2010)" Azərbaycan Respublikasının yubiley medalının, "Vergi orqanlarında xidmətdə fərqlənməyə görə" və "Vergi orqanları ilə səmərəli əməkdaşlığa görə" Azərbaycan Respublikasının medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

"Azərbaycan Respublikası Vergilər Nazirliyinin 10 illiyi (2000-2010)" Azərbaycan Respublikasının yubiley medalının, "Vergi orqanlarında xidmətdə fərqlənməyə görə" və "Vergi orqanları ilə səmərəli əməkdaşlığa görə" Azərbaycan Respublikasının medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının 2009-cu il 29 dekabr tarixli 937-IIIQD nömrəli qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin qanunun tətbiq edilməsini təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, üç ay müddətində:

1.1. qüvvədə olan qanunvericilik aktlarının "Azərbaycan Respublikası Vergilər Nazirliyinin 10 illiyi (2000-2010)" Azərbaycan Respublikasının yubiley medalının, "Vergi orqanlarında xidmətdə fərqlənməyə görə" və "Vergi orqanları ilə səmərəli əməkdaşlığa görə" Azərbaycan Respublikasının medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetininmüvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsinbu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. öz səlahiyyətləri daxilində "Azərbaycan Respublikası Vergilər Nazirliyinin 10 illiyi (2000-2010)" Azərbaycan Respublikasının yubiley medalının, "Vergi orqanlarında xidmətdə fərqlənməyə görə" və "Vergi orqanları ilə səmərəli əməkdaşlığa görə" Azərbaycan Respublikasının medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.

2. Müəyyən edilsin ki, Azərbaycan Respublikasının 2009-cu il 29 dekabr tarixli 937-IIIQD nömrəli qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Vergilər Nazirliyinin 10 illiyi (2000-2010)" Azərbaycan Respublikasının yubiley medalı haqqında Əsasnamə"nin 2-ci bəndində, "Vergi orqanlarında xidmətdə fərqlənməyə görə" Azərbaycan Respublikasının medalı haqqında Əsasnamə"nin 4-cü bəndində və "Vergi orqanları ilə səmərəli əməkdaşlığa görə" Azərbaycan Respublikasının medalı haqqında Əsasnamə"nin 2-ci bəndində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 dekabr 2009-cu il

 

Azərbaycan.- 2010.- 1 yanvar.- S. 1.