“Azərbaycan
Respublikası Vergilər Nazirliyinin 10 illiyi (2000-2010)” Azərbaycan
Respublikasının yubiley
medalının, “Vergi orqanlarında xidmətdə
fərqlənməyə görə” və “Vergi
orqanları ilə səmərəli əməkdaşlığa
görə” Azərbaycan Respublikasının
medallarının təsis edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi qərara alır:
I. “Azərbaycan
Respublikası Vergilər
Nazirliyinin 10 illiyi
(2000-2010)” Azərbaycan Respublikasının
yubiley medalı, “Vergi orqanlarında xidmətdə fərqlənməyə
görə” və “Vergi orqanları ilə səmərəli əməkdaşlığa görə”
Azərbaycan Respublikasının
medalları təsis edilsin.
II. “Azərbaycan
Respublikasının orden
və medallarının
təsis edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası
Ali Sovetinin Məlumatı,
1992-ci il, ¹ 23, maddə
996; 1993-cü il, ¹ 23, maddə
676; Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2002-ci il, ¹ 5, maddə
251; 2003-cü il, ¹ 12, I kitab,
maddə 677; 2005-ci il,
¹ 4, maddə 291; 2006-cı il,
¹ 10, maddə 846; 2007-ci il,
¹ 3, maddə 213; 2008-ci il,
¹ 6, maddələr 452, 472; 2009-cu il, ¹ 1, maddə 4, ¹ 7, maddə 515) 2-ci maddəsinin
on doqquzuncu abzasının
sonunda nöqtə işarəsi nöqtəli
vergül işarəsi
ilə əvəz edilsin və maddəyə aşağıdakı
məzmunda iyirminci-iyirmi
ikinci abzaslar əlavə edilsin: “Azərbaycan Respublikası
Vergilər Nazirliyinin
10 illiyi (2000-2010)” yubiley
medalı;
“Vergi orqanlarında xidmətdə
fərqlənməyə görə”
medalı;
“Vergi orqanları ilə səmərəli əməkdaşlığa
görə” medalı.”.
III. “Azərbaycan Respublikası
Vergilər Nazirliyinin
10 illiyi (2000-2010)” Azərbaycan
Respublikasının yubiley
medalı haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).
IV. “Azərbaycan
Respublikası Vergilər
Nazirliyinin 10 illiyi
(2000-2010)” Azərbaycan Respublikasının
yubiley medalının
təsviri təsdiq edilsin (əlavə olunur).
V. “Vergi orqanlarında xidmətdə fərqlənməyə
görə” Azərbaycan
Respublikasının medalı
haqqında Əsasnamə"
təsdiq edilsin (əlavə olunur).
VI. “Vergi
orqanlarında xidmətdə
fərqlənməyə görə”
Azərbaycan Respublikası
medalının təsviri
təsdiq edilsin (əlavə olunur).
VII. “Vergi orqanları ilə səmərəli əməkdaşlığa görə”
Azərbaycan Respublikasının
medalı haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).
VIII. “Vergi
orqanları ilə səmərəli əməkdaşlığa
görə” Azərbaycan
Respublikası medalının
təsviri təsdiq edilsin (əlavə olunur).
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
29 dekabr 2009-cu il
Azərbaycan.- 2010.- 1 yanvar.- S. 1.