Heydər Əliyev Fondunun Türkiyə nümayəndəliyi Bursada tədbir keçirmişdir

 

Heydər Əliyev Fondunun Türkiyə nümayəndəliyinin təşkilatçılığı ilə Bursadakı Uludağ Universitetində təhsil alan azərbaycanlı tələbələrin iştirakı ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü Yeni il münasibətilə tədbir keçirilmişdir.

Tədbirdə Bursa şəhəri Nilüfər Osmanqazi bələdiyyələrinin nümayəndələri, Uludağ Universitetinin müəllim tələbə heyəti, Bursada faəliyyət göstərən ictimai təşkilatların nümayəndələri iştirak etmişlər.

Çıxış edənlər dünyanın müxtəlif yerlərində yaşayan azərbaycanlılar türklər arasındakı birlik bərabərlikdən danışmışlar.

Sonra tədbir iştirakçıları XX əsrdə adları Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış ədəbiyyat incəsənət xadimləri haqqında video görüntüləri izləmişlər. Tədbirdə azərbaycanlı tələbələr şeirlər oxumuş mahnılar səsləndirmişlər. İrandan Gürcüstandan olan azərbaycanlı tələbələr ürək sözlərini bildirmişlər. Uludağ Universiteti konservatoriyasının müəllimlərinin ifasında səslənən Azərbaycan musiqiləri böyük alqışla qarşılanmışdır.

Qonaqlar belə bir tədbirin hazırlanmasına görə Heydər Əliyev Fonduna onun Türkiyədəki nümayəndəliyinə minnətdarlıqlarını bildirmişlər.

 

 

Oqtay BAYRAMOV,

AzərTAc-ın xüsusi müxbiri

Ankara

 

Azərbaycan.- 2010.- 1 yanvar.- S. 3.