"Uşaq ili"nin yekunlarına həsr
olunmuş sərgi
açılmışdır
Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına Sərgi Salonunda "Uşaq ili"nin yekunlarına həsr olunmuş sərgi açılmışdır.
Rəssamlar İttifaqı ilə "Da art" Təsviri İncəsənət Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən sərginin açılış mərasimində mərkəzin direktoru Dilarə Atakişiyeva bildirmişdir ki, bu sərgi eyni zamanda dünya şöhrətli Azərbaycan rəssamı Səttar Bəhlulzadənin 100 illik yubileyinə həsr olunmuşdur.
Sərgidə 4 yaşdan yuxarı rəssamların 160-a yaxın əsəri nümayiş etdirilir. Həmin əsərlərdən təxminən 20-si satışdadır. Satışa çıxarılan əsərlərin qiyməti 25-55 manat arasındadır. Satışdan əldə olunan vəsait maddi sıxıntı yaşayan veteran rəssamlara veriləcəkdir.
AzərTAc
Azərbaycan.- 2010.- 1
yanvar.- S. 3.