"Azərbaycan Respublikası Vergilər Nazirliyinin 10 illiyi (2000-2010)" Azərbaycan Respublikasının yubiley medalı haqqında Əsasnamə

 

Azərbaycan Respublikasının 2009-cu il 29 dekabr tarixli Qanunu ilə təsdiq edilmişdir

 

1. "Azərbaycan Respublikası Vergilər Nazirliyinin 10 illiyi (2000-2010)" Azərbaycan Respublikasının yubiley medalı ilə Azərbaycan Respublikasının vergi orqanlarında xidmətdə yüksək nəticələr əldə edən, vergi sisteminin inkişafında fəal iştirak edən və xüsusi xidmətləri olan vergi orqanlarının əməkdaşları təltif edilirlər.

2. "Azərbaycan Respublikası Vergilər Nazirliyinin 10 illiyi (2000-2010)" Azərbaycan Respublikasının yubiley medalı ilə bu Əsasnamənin 1-ci bəndində göstərilən şəxslər müvafiq icra hakimiyyəti orqanı tərəfindən təltif edilirlər.

3. "Azərbaycan Respublikası Vergilər Nazirliyinin 10 illiyi (2000-2010)" Azərbaycan Respublikasının yubiley medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda onlardan sonra taxılır.

 

 

Azərbaycan.- 2010.- 1 yanvar.- S. 5.