"Vergi orqanları ilə səmərəli əməkdaşlığa görə" Azərbaycan Respublikasının medalı haqqında Əsasnamə

 

Azərbaycan Respublikasının 2009-cu il 29 dekabr tarixli Qanunu ilə təsdiq edilmişdir

 

1. "Vergi orqanları ilə səmərəli əməkdaşlığa görə" Azərbaycan Respublikasının medalı ilə aşağıdakı şəxslər təltif olunurlar:

1.1. vergi sisteminin inkişafı sahəsində göstərdikləri səmərəli əməkdaşlığa görə Azərbaycan Respublikasının və xarici ölkələrin dövlət və digər qurumlarının, habelə beynəlxalq təşkilatların nümayəndələri;

1.2. dövlət vergi orqanlarının qarşısında duran vəzifələrin yerinə yetirilməsi işində kömək göstərdiklərinə görə Azərbaycan Respublikasının vətəndaşları;

1.3. Azərbaycan Respublikası ilə vergi sahəsində əməkdaşlığın möhkəmləndirilməsində xidmətlərinə görə xarici ölkələrin vətəndaşları;

2. "Vergi orqanları ilə səmərəli əməkdaşlığa görə" Azərbaycan Respublikasının medalı ilə bu Əsasnamənin 1-ci bəndində göstərilən şəxslər müvafiq icra hakimiyyəti orqanı tərəfindən təltif edilirlər.

3. "Vergi orqanları ilə səmərəli əməkdaşlığa görə" Azərbaycan Respublikasının medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, onlardan sonra taxılır.

 

 

Azərbaycan.- 2010.-1  yanvar.- S. 5.