"Vergi
orqanları ilə səmərəli əməkdaşlığa
görə" Azərbaycan Respublikasının
medalının təsviri
Azərbaycan Respublikasının 2009-cu il 29 dekabr
tarixli Qanunu ilə təsdiq edilmişdir
"Vergi orqanları ilə səmərəli əməkdaşlığa görə" Azərbaycan Respublikasının medalı bürüncdən tökülmüş qızılı rəngli, dairəvi formalı, diametri 50 mm olan lövhədən ibarətdir.
Medal səkkizguşəli ulduz formasındadır, ön tərəfində dairənin içərisində Azərbaycan Respublikası Vergilər Nazirliyinin tanınma nişanı həkk edilmişdir. Dairədə çevrə boyunca "SƏMƏRƏLİ ƏMƏKDAŞLIĞA GÖRƏ" sözləri həkk olunmuşdur.
Medalın arxa tərəfi hamar səthlidir
və paltara bərkidilmək üçün xüsusi
elementi vardır.
Azərbaycan.- 2010.- 1 yanvar.- S. 5.