Pakistan İslam Respublikasının Prezidenti zati-aliləri cənab Asif Əli Zərdariyə

 

Hörmətli cənab Prezident!

Lakki Marvat şəhərində törədilmiş terror aktı nəticəsində çoxsaylı insan tələfatı xəbərindən olduqca sarsıldıq.

Biz bu dəhşətli hadisədən son dərəcə hiddətlənir, terrorun bütün təzahürlərini qətiyyətlə pisləyir, terrorizmə qarşı mübarizəni hər cür dəstəkləyirik.

Baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə yaxın adamlarına dərin hüznlə başsağlığı verir, yaralananlara xəsarət alanlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 3 yanvar 2010-cu il

 

Azərbaycan.- 2010.- 6 yanvar.- S. 1.