Heydər Əliyev Fondu fiziki qüsuru olan insanların informasiya-kommunikasiya texnologiyalarından istifadə imkanlarının artırılması məqsədilə bir sıra layihələr həyata keçirir

 

Cəmiyyətimizin bir hissəsini təşkil edən fiziki qüsurlu insanlara göstərilən diqqət qayğı son illər xeyli artmışdır. Bu sahədə Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr xüsusi rol oynayır.

Hazırda Heydər Əliyev Fondu Rabitə İnformasiya Texnologiyaları Nazirliyi ilə birgə bu insanların İKT-dən istifadə imkanlarının artırılması məqsədilə bir sıra layihələr həyata keçirir.

BMT-nin xətti ilə bütün dünyada 2008-ci il "Məhdud imkanlı şəxslərə İKT imkanları yaradaq" devizi ilə qeyd edilsə , hələ bundan əvvəl Azərbaycanda ilk belə təşəbbüs Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva tərəfindən irəli sürülmüşdür.

Fiziki qüsuru olan insanların cəmiyyət həyatında fəal iştirakına, informasiya-kommunikasiya texnologiyaları vasitəsilə məlumat əldə etmək biliklərini artırmaq imkanlarının genişləndirilməsinə, məşğulluğunun artırılmasına yönələn ilk layihə 2005-2006-cı illərdə Heydər Əliyev Fondu BMT-nin İnkişaf Proqramı tərəfindən birgə həyata keçirilmişdir. Layihə kor zəif görən uşaqlar üçün respublika internat orta məktəbində müvafiq mərkəzin yaradılmasına imkan vermişdir.

Bu işin davamı olaraq, Heydər Əliyev Fondunun, Rabitə İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) BMT-nin İnkişaf Proqramının birgə həyata keçirdikləri layihə əsasında Gəncədə Regional İnformasiya Mərkəzi yaradılmışdır. Mərkəzin xidmətindən qərb rayonlarında yaşayan 60 mindən çox fiziki qüsurlu insan istifadə edə biləcəkdir. Hazırda müvafiq mərkəz Naxçıvanda da yaradılır.

RİTN-nin şöbə müdiri Rüfət Gülməmmədov bildirmişdir ki, Gəncədəki Regional İnformasiya Mərkəzində olan bütün imkanlar Naxçıvan şəhərində tikilən müvafiq mərkəzdə yaradılacaqdır.

Mərkəzin xidmətindən şəhərdə, eləcə muxtar respublikanın 7 rayonunda yaşayan fiziki qüsuru olan insanlar yararlana biləcəklər.

Müasir texnologiyalarla təchiz olunacaq mərkəzdə oxu zalı, təlim-tədris bölməsi, audiokitabxana, ədəbiyyat fondunun audioformata çevrilməsi üçün səsyazma studiyası, kompüter salonu fəaliyyət göstərəcəkdir. Səsyazma studiyasının köməyi ilə 50 adda audiokitab fonduna malik kitabxananın zənginləşdirilməsi nəzərdə tutulmuşdur.

Sürətli internetlə təmin olunacaq mərkəzdə 20 kompüterdən ibarət lokal şəbəkə yaradılacaq, görmə qabiliyyətini itirmiş insanlar üçün Brayl printeri displeyləri, müxtəlif dillərdə nəşrləri səsləndirəcək oxu maşını quraşdırılacaqdır. Mərkəzdə görmə qabiliyyəti zəif olan insanlar üçün kompüterlərə böyüdücü cihazların quraşdırılması, iri şriftli kitabların nəşri, lal karlar üçün subtitrli filmlərin nümayişi, əqli cəhətdən zəiflər üçün zehni inkişaf etdirən kompüter oyunlarının təşkili nəzərdə tutulmuşdur.

Regional İnformasiya Mərkəzinin internet saytı isə istifadəçilərə lazımi informasiyanı əldə etməklə yanaşı, "tanışlıq" bölməsinin köməyi ilə ünsiyyət qurmağa imkan yaradacaqdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 7 yanvar.- S. 3.