2010-cu il "Bioloji Müxtəliflik İli" elan
edilmişdir
Birləşmiş Millətlər
Təşkilatı 2010-cu ili "Beynəlxalq Bioloji Müxtəliflik
İli" elan etmişdir. BMT bununla dünya ictimaiyyətinin
diqqətini planetin təbiətini qorumaq, ondan səmərəli
istifadə etmək, Yer kürəsinin ekoloji sistemlərinin
qorunub saxlanması və təbiətin xüsusilə qiymətli
obyektlərini müdafiə etmək üçün səyləri
birləşdirmək zərurətinə cəlb etməyə
çalışır.
İçməli
BMT Baş Məclisi
2006-cı il 20 dekabr tarixli qətnamə ilə 2010-cu ili
"Beynəlxalq Bioloji Müxtəliflik İli" elan
etmişdir. 2008-ci il dekabrın 19-da Baş Məclis BMT-nin
üzvü olan bütün dövlətlərə beynəlxalq
bioloji müxtəliflik ilinin keçirilməsi
üçün yerli xalqların və yerli icmaların
nümayəndələrindən ibarət milli komitələr
yaratmağı tövsiyə etmiş və bütün beynəlxalq
təşkilatlara bu hadisənin qeyd olunmasını təklif
etmişdir.
2010-cu ildə Baş Məclisin
65-ci sessiyası çərçivəsində beynəlxalq
bioloji müxtəliflik ilini dəstəkləmək
üçün dövlət və hökumət
başçılarının iştirakı ilə bir
günlük yüksək səviyyəli müşavirə
keçiriləcəkdir.
2000-ci ildə dünya liderləri
Minilliyin Qətnaməsini qəbul etmiş və həmin sənəddə
XXI əsrdə səkkiz sahədə inkişafın məqsədlərini
təyin etmişlər. Həmin məqsədlərdən biri
də bioloji müxtəlifliyin itirilməsi sürətini
azaltmağa yönəlmişdir.
1992-ci ildə Rio de-Janeyroda ətraf
mühit və inkişaf məsələlərinə həsr
edilmiş dünya sammitində bioloji müxtəliflik
haqqında konvensiya qəbul edilmişdir. Konvensiya 188 ölkə
tərəfindən ratifikasiya edilmiş və ən
nüfuzlu beynəlxalq müqavilələrdən birinə
çevrilmişdir.
AzərTAc
Azərbaycan.- 2010.-7
yanvar.- S. 5.