Azərbaycanın BMT yanında daimi nümayəndəliyi Dağlıq
Qarabağdakı vəziyyətlə bağlı qurumun baş katibinə
müraciət etmişdir
Azərbaycanın BMT yanında daimi nümayəndəliyi Dağlıq
Qarabağdakı vəziyyətlə
bağlı qurumun baş katibi Pan Gi Muna məktub
göndərmişdir.
Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirmişlər
ki, sənəddə Ermənistan hökumətinin
Dağlıq Qarabağ
münaqişəsinin həlli
istiqamətində götürdüyü
öhdəliklərə əməl
etməməsi xüsusi
vurğulanmışdır.
Məktubda qeyd olunmuşdur ki, Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin həlli
ilə bağlı siyasi xətti beynəlxalq ictimaiyyəti
çaşdırmaq və
problemin mahiyyətini təhrif olunmuş şəkildə qəbul
etdirmək təhlükəsini
daşıyır. Bundan əlavə,
münaqişənin həlli
ilə bağlı Ermənistanın qeyri-konstruktiv
mövqeyi məsələnin
siyasi yolla həll olunmasına ciddi təhlükə yaradır.
Sənəddə Ermənistanın qeyri-konstruktiv
mövqeyi kəskin tənqid edilərək vurğulanmışdır ki,
Ermənistan hələ
1987-ci ilin sonlarında
Xankəndidə azərbaycanlılara
qarşı hücumlara
başlamış, bu
da azərbaycanlı qaçqınların və
məcburi köçkünlərin
axınına səbəb
olmuşdur. Sovet hakimiyyəti dövründə
Ermənistan öz ərazilərini əsasən
Azərbaycanın torpaqları
hesabına genişləndirməyə
müvəffəq olmuş
və bununla belə, azərbaycanlıları
doğma torpaqlarından
qovmaq üçün
bütün vasitələrdən
istifadə etmişdir.
Sovet hakimiyyəti dövründə
Ermənistanın ərazisi
10 min kvadratkilometrdən 29 min kvadratkilometrə qədər
genişlənmişdir. Ermənistan hökuməti anlamalıdır
ki, öz ərazisini bütün qeyri-ermənilərdən təmizləməklə
dünyada yeganə monoetnik dövlətə çevrilmişdir. Lakin Azərbaycan
bugünədək öz
etnik müxtəlifliyini
qoruyur. Həqiqətən də Ermənistanın
siyasi təcrübəsində
irqi ayrı-seçkilik
aydın şəkildə
üstünlük təşkil
edir.
Məktubda Ermənistana qarşı ciddi ölçü götürülməsi tələb
olunur.
AzərTAc
Azərbaycan.- 2010.- 8 yanvar.- S. 3.