Tanrının ömür payı

 

dünyaya gəlişimiz, yaşadığımız ömür bizim istək arzumuzla müəyyənləşir. Bizi xəlq edənin möcüzəsi bəxşişidi bunlar. Kiminə az, kiminə çox, kiminə mənalı, kiminə boş...

Tanrı payını alanlardan biri Rafiq Yusifoğlu da ömrünün 60-cı qapısını açmalı oldu. O, 1950-ci ilin yanvarında Qubadlı rayonunun Çardaxlı kəndində anadan olub. 1970-ci ildə Azərbaycan Dövlət Universitetini bitirdikdən sonra Sumqayıtda müəllim işləyib. 1984-cü ildə namizədlik, 2006-cı ildə doktorluq dissertasiyalarını müdafiə edib. Bir tərəfdə bədii yaradıcılıqla məşğul olan Rafiq Yusifoğlu həm "Göyərçin" jurnalının baş redaktorudur. Uşaqlar, eləcə hamı üçün maraqlı, yaddaqalan, gözəl şeirlər yazır. Digər tərəfdən, Sumqayıt Dövlət Universitetinin professorudur, pedaqoji elmi fəaliyyətlə məşğuldur. 50-yə yaxın kitabın, o cümlədən ali məktəb tələbələri orta məktəb şagirdləri üçün yazdığı bir sıra dərsliklərin müəllifidir. Əməkdar mədəniyyət işçisi Rafiq Yusifoğlunun əsərləri bir sıra xarici dillərə tərcümə olunub, şeirlərinə mahnılar bəstələnib. Tanınmış şairin bir neçə şeirini oxucuların diqqətinə çəkməklə 60 yaşını ürəkdən təbrik edirik.

 

 

Azərbaycan.- 2010.-9 yanvar.- S. 6.