Azərbaycanda bütün
sosial-iqtisadi proqramlar uğurla icra edilir
Azərbaycanda yola saldığımız ötən ildə də bütün sahələrdə inkişafın müşahidə olunması və bu uğurlu nəticələrin nüfuzlu beynəlxalq təşkilatların hesabatlarında öz əksini tapması ölkə rəhbərliyinin müəyyənləşdirdiyi iqtisadi inkişaf srategiyasının düzgünlüyünü bir daha təsdiq etdi. Ölkəmizdə əlverişli makroiqtisadi mühitin yaranması - ümumi daxili məhsulun artımı, iqtisadiyyatda sahibkarlar sinfinin mövqelərinin əsaslı şəkildə güclənməsi, beynəlxalq iqtisadi münasibətlər sisteminə uğurlu transformasiya, enerji təhlükəsizliyinin təmin edilməsi nəticə etibarilə bugünkü davamlı inkişafı şərtləndirmişdir.
İqtisadiyyatın modernləşdirilməsi istiqamətində aparılan məqsədyönlü tədbirlər və davamlı islahatlar ölkəmizdə iqtisadi sahədə keçid dövrünün tam başa çatmasına gətirib çıxarmaqla yanaşı, qarşıda daha böyük imkanlar açmışdır. Qlobal böhran şəraitində belə, ölkədə sosial infrastruktur layihələrinin dayandırılmaması hökumətin siyasətində insan amilinin, vətəndaşa layiqli xidmət məramının mühüm yer tutduğunu bir daha göstərdi. Azərbaycanın dünya maliyyə böhranına baxmayaraq, qarşıya qoyduğu bütün strateji hədəflərə doğru inamla irəliləməsi və yüksək nəticələr əldə etməsi digər ölkələrə də müsbət nümunə sayıla bilər.
Ötən müddətdə Bakıya Oğuz-Qəbələ zonasından su kəmərinin, habelə Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin çəkilişini, paytaxtda yeni körpülərin, yol ötürücülərinin, piyada keçidlərinin istifadəyə verilməsini, respublika əhəmiyyətli yollarda yenidənqurma işlərinin aparılmasını, regionlarda yeni təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin, olimpiya-idman komplekslərinin tikintisini bu sırada xüsusi qeyd etmək olar.
Dünya iqtisadi böhranı şəraitində inkişaf etmiş dövlətlərin iqtisadiyyatında geriləmə müşahidə olunsa da, Azərbaycanda artım tempinin nəzərə çarpması büdcə gəlirlərinin tam formalaşmasına imkan yaratmışdır. Ölkəmizin sosial-iqtisadi inkişaf konsepsiyasına uyğun hazırlanaraq parlamentdə qəbul edilən dövlət büdcəsində dünya iqtisadiyyatında növbəti illərdə gözlənilən meyillər də nəzərə alınmışdır. 2010-cu ilin dövlət büdcəsi dünya maliyyə bazarlarında baş verən sarsıntılar dövründə, neftin qiymətinin və aparıcı valyutaların məzənnələrinin gözlənilmədən və sürətlə dəyişdiyi bir vaxtda tərtib edilmişdir. Hökumətin büdcənin formalaşması ilə bağlı mövcud reallığı və gələcəkdə dünya maliyyə bazarlarında baş verə biləcək gözləntiləri nəzərə alması çox müsbət haldır.
2010-cu ilin dövlət büdcəsi əhalinin maddi rifah halının yaxşılaşmasını, investisiya qoyuluşlarının həyata keçirilməsini və makroiqtisadi sabitliyin təmin olunmasını nəzərdə tutur. Dövlət büdcəsinin makroiqtisadi parametrləri əvvəlki illərdə olduğu kimi, Azərbaycanda davamlı inkişafın ümumi nəticələrini özündə əks etdirir. Ölkədə sosial-iqtisadi islahatların aparılması, əhalinin maddi rifahının təmin olunması və sosial şəraitinin yaxşılaşması, investisiya qoyuluşlarının həyata keçirilməsi, iqtisadiyyatın diversifikasiyası istiqamətində tədbirlər bu il də davam etdiriləcəkdir.
Hər il dövlət büdcəsinin xərclər bölümünün tərtibi zamanı sosial müdafiəyə ehtiyacı olan təbəqəyə xüsusi diqqət göstərilir. Bu kateqoriyaya aid insanların (aztəminatlı ailələrin, pensiyaçıların, əlillərin) sosial müdafiəsinə ayrılan məbləğ ildən-ilə artırılır. Hökumətin əsas siyasəti vətəndaşların sosial vəziyyətinin yaxşılaşmasını təmin etməkdən ibarətdir. 2010-cu ilin dövlət büdcəsində sosialyönümlü xərclərin çəkisi 34,4 faiz (3 milyard 878 milyon manat) təşkil edir ki, bu da 2009-cu ilin büdcəsindəki göstəricidən təxminən 1,8 faiz çoxdur. Digər tərəfdən, büdcədə bütün sosial layihələrə və elm, təhsil, səhiyyə və digər tədbirlərə daha çox diqqət yetirilmişdir. 2009-cu ilə nisbətən 2010-cu ildə dövlət büdcəsi xərclərinin tərkibində sosial müdafiə və sosial təminat xərclərinin xüsusi çəkisi 1,4 faiz artaraq 10,6 faiz, təhsil xərclərinin xüsusi çəkisi 0,3 faiz artaraq 11,3 faiz təşkil edəcəkdir.
Son illərdə büdcə zərfində sosialyönümlü xərclərin üstünlük təşkil etməsi iqtisadiyyatda bu sahənin prioritetliyini bir daha təsdiqləyir. Bu siyasətin real nəticələri insanların gündəlik həyatında öz təcəssümünü tapır. Bu il üçün yaşayış minimumunun ölkə üzrə 87 manat, əmək qabiliyyətli əhali üçün 96 manat, pensiyaçılar üçün 68 manat, uşaqlar üçün 72 manat məbləğində müəyyən olunması da sosial məsələlərin həllinin daim diqqətdə olduğunu göstərir.
Əhalinin real pul gəlirlərinin qaynağı sayılan maaşların, pensiyaların və müavinətlərin ildən-ilə artırılması ölkə rəhbərliyinin uğurlu sosialyönümlü siyasət yürütdüyünü təsdiqləyir. Ünvanlı dövlət sosial yardımı üzrə proqram da böyük uğurlar qazanıb. Ölkə vətəndaşlarının sosial müdafiəsinin gücləndirilməsi üzrə kompleks tədbirlər davam etdirilir. Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində bildirmişdi: "Azərbaycanda böyük abadlıq-quruculuq işləri aparılır. Böhran ilinə baxmayaraq, bütün infrastruktur layihələri icra edilir. Yeni yollar çəkilir. Həm Bakıda, həm də bizi qonşu ölkələrlə birləşdirən magistral yollar salınır və bu yollar ən yüksək standartlara cavab verir. Elektrik stansiyalarının tikintisi uğurla davam edir. Bunu etməklə Azərbaycan öz enerji təhlükəsizliyini tam şəkildə təmin edib və biz gələcək illərdə diqqətimizi daha çox bərpa olunan enerji növlərinin yaradılmasına yönəldəcəyik. Azərbaycanda bütün bölgələrin qazlaşdırılması prosesi davam etdirilir. Əhali təmiz, içməli su ilə təmin edilir. Görülən təxirəsalınmaz tədbirlər nəticəsində yüz minlərlə vətəndaş içməli su ilə təmin edilibdir.
Bütün sosial proqramlar
icra edilir. Sirr deyil ki, iqtisadiyyatımızın müəyyən
hissəsi neftdən əldə olunan gəlirlər
hesabına formalaşır və 2009-cu ildə neftin qiyməti
dünyada kəskin şəkildə aşağı
düşmüşdür. Buna baxmayaraq, bütün sosial
proqramlar vaxtında icra edilir. Ünvanlı sosial yardım
proqramı aparılır və bu proqram gələcəkdə
də davam etdiriləcəkdir. Hər yerdə yeni məktəblər,
tibbi mərkəzlər, idman kompleksləri, mədəniyyət
ocaqları yaradılıb. Yəni ki, 2008-ci ilin sonunda - 2009-cu
il üçün dövlət büdcəsində nəzərdə
tutulmuş bütün sosial proqramlar icra edildi".
Beynəlxalq ekspertlərin
proqnozlarına görə, qarşıdakı illərdə də
Azərbaycan iqtisadiyyatı inkişaf tempini qoruyub
saxlayacaqdır. Dünya maliyyə böhranına baxmayaraq
ölkəmizdə bütün sosial proqramların uğurla
icrası və yeni proqramların təsdiq edilməsi
qarşıda daha böyük nəticələrin əldə
olunmasına inam yaradır. Cənubi Qafqazın lider dövlətinə
çevrilən Azərbaycan iqtisadi uğurlarını ildən-ilə
artırmaqla dünya birliyində tutduğu layiqli yerini
möhkəmləndirməkdədir.
Tahir Paşazadə 1930-cu il
yanvarın 12-də Bakı şəhərində ziyalı
ailəsində anadan olmuşdur. 1953-cü ildə Azərbaycan
Dövlət Universitetinin şərqşünaslıq
fakültəsini bitirdikdən sonra Neft Texnikumunda pedaqoji fəaliyyətə
başlayan Tahir Paşazadə 1956-cı ildə Lenin (indiki
Sabunçu) rayon komsomol komitəsinin birinci katibi
seçilmişdir. 1958-ci ildən ömrünün sonunadək
Azərbaycan Televiziya və Radio Verilişləri Komitəsində
ayrı-ayrı vəzifələrdə
çalışmışdır. Fəal ictimai-siyasi fəaliyyətinə
görə Moskvadakı Ali Partiya Məktəbində
hazırlıq kursu keçmişdir. Teleradio Verilişləri
Komitəsi partiya təşkilatının katibi və sədr
müavini vəzifələrində işləyərkən
çoxsaylı kollektivin dərin hörmətini
qazanmışdır. Tahir Paşazadə bir sıra jurnalist
mükafatlarına layiq görülmüş, Azərbaycan SSR
Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı ilə
təltif olunmuşdur.
1990-cı il aprelin 28-də
dünyasını dəyişmişdir.
"Bir
portretin nağılı" kitabı Tahir Paşazadənin
ictimai-siyasi və yaradıcılıq fəaliyyətini hərtərəfli
əhatə etməklə onun unudulmaz xatirəsinə həsr
edilmiş nəşr kimi də qiymətlidir.
Azərbaycan.- 2010.- 12 yanvar.- S. 1.