Azərbaycan ilə Qətər arasında əlaqələrin inkişaf
perspektivləri müzakirə
olunmuşdur
Qətər İnformasiya Agentliyinin (QNA) məlumatına görə, E.Məmmədyarov Azərbaycan Prezidenti İlham Əliyevin məktubunu Əmirə təqdim etmişdir. Məktubda Azərbaycan ilə Qətər arasında əməkdaşlıq əlaqələri və müştərək maraq doğuran məsələlərdən bəhs olunur.
Bundan əlavə, Azərbaycanın xarici siyasət idarəsinin rəhbəri Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Həməd bin Casim bin Cabar ilə görüşmüşdür.
Azərbaycanın Qətərdəki
səfiri Eldar Səlimovun da iştirak etdiyi bu görüşlərdə
ölkələrimiz arasında
əlaqələrin inkişaf
perspektivləri müzakirə
olunmuşdur.
Azərbaycan.- 2010.- 13 yanvar.- S. 1.