Akademik Abel Məhərrəmovun elmi əsərlərinin biblioqrafiyası çapdan çıxmışdır

 

Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Milli Məclisin deputatı, Bakı Dövlət Universitetinin rektoru, əməkdar elm xadimi Abel Məmmədəli oğlu Məhərrəmovun 1973-2009-cu illəri əhatə edən elmi əsərlərinin biblioqrafiyası nəşr edilmişdir.

Nəşrə alimin Azərbaycan, rus, ingilis, türk başqa dillərdə elmi-publisistik əsərləri, elmi konqreslərin, konfransların, sessiyaların, simpoziumların materiallarında işıq üzü görmüş məqalələri, dövri mətbuatda dərc olunmuş çıxışları müsahibələri daxil edilmişdir.

Biblioqrafiyada ölkənin uğurlu daxili xarici siyasəti, Milli Məclisin işi, xarici ölkələrdən gəlmiş deputatlar qonaqlarla görüşləri, habelə səfərləri ilə bağlı məqalələr xronoloji ardıcıllıqla verilmişdir. Kitaba, həmçinin akademik Abel Məhərrəmovun çoxşaxəli fəaliyyəti barədə məqalələr görkəmli alimlərin, ictimai-siyasi xadimlərin rəyləri daxil edilmişdir.

Ayrı-ayrı bölmələrdə alimin bioqrafiyası, elmi-pedaqoji, habelə ictimai-siyasi fəaliyyətinin əsas mərhələləri barədə materiallar yer almışdır. Biblioqrafiyada akademikin ixtiraları kəşflərinə, elmi axtarışlarının nəticələrinə dair məlumatlar əksini tapmışdır. Burada alimin xarici ölkələrə səfərlərinə görüşlərinə, müxtəlif ölkələrin dövri mətbuatında mötəbər elmi nəşrlərində dərc olunmuş materiallara geniş yer ayrılmışdır. Biblioqrafiyada bütövlükdə 710 elmi məqalə tezis, 44 patent, 44 dərslik dərs vəsaiti s. barədə məlumat verilir.

AMEA-nın rəyasət heyətinin qərarı ilə "Azərbaycanın elm mədəniyyət xadimləri" seriyasından "Çaşıoğlu" nəşriyyatı tərəfindən çapdan buraxılan biblioqrafiya arzu edənlərə akademik Abel Məhərrəmovun genişmiqyaslı fəaliyyəti ilə tanış olmaq imkanı yaradır bu baxımdan çox dəyərli, zəngin informasiya mənbəyidir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 10 yanvar.- S. 8.