Xorvatiya Respublikasının
Prezidenti zati-aliləri
cənab İvo Yosipoviçə
Hörmətli cənab Prezident!
Xorvatiya Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan-Xorvatiya dövlətlərarası münasibətləri, ölkələrimiz arasında təşəkkül tapmış dostluq və əməkdaşlıq əlaqələri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Xorvatiya xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar arzulayıram.
Hörmətlə,
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı, 13 yanvar 2010-cu il
Azərbaycan.- 2010.- 14 yanvar.- S. 1.