Qətərin nüfuzlu "Al-Doha magazine" jurnalında Azərbaycan haqqında geniş məqalə dərc olunmuşdur

 

Azərbaycan xalqı gülərüz, qonaqpərvər həyatsevər xalqdır. Milli mənsubiyyətindən asılı olmayaraq bütün insanlarla çox asanlıqla ünsiyyət qururlar. Bu sözlər Qətərin ərəb dilli nüfuzlu "Al-Doha magazine" jurnalının dekabr nömrəsində dərc olunmuş "İslam mədəniyyətinin paytaxtı Bakıya səfər" adlı məqaləsindəndir.

Məqalədə Azərbaycanın tarixi, mədəniyyəti, qədim abidələri haqqında geniş məlumat verilmişdir. İçərişəhər Azərbaycan xalqının ən dəyərli mədəni irsi kimi təqdim olunmuşdur. "Şirvanşahlar Sarayı Kompleksi"nin, tarix xalça muzeylərinin zəngin tarixi barədə məlumatlar burada öz əksini tapmış, Qubanın füsunkar bağlarından geniş bəhs edilmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 14 yanvar.- S. 5.