Mənalı ömrün unudulmaz məqamları

 

Ömrünün 32 ilini Azərbaycan televiziya radiosunun inkişafına sərf etmiş, tanınmış jurnalist Tahir Paşazadənin çoxlarına örnək olan mənalı şərəfli ömür yolundan bəhs edən "Bir portretin nağılı" kitabında Vətənə, xalqa, torpağa bağlı bir insanın həmişəyaşar obrazı canlandırılıb. Müəlliflər mərhum Balaş Abbaszadə Eldar Sadıq neçə-neçə sənədli televiziya filmlərinin, radio pyeslərinin ssenari müəllifi, dünya klassiklərinin əsərlərini Azərbaycan dilinə çevirmiş Tahir Paşazadənin həyat yaradıcılıq yoluna geniş spektrdə işıq salıblar.

Tahir Paşazadə 1930-cu il yanvarın 12-də Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1953-cü ildə Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsini bitirdikdən sonra Neft Texnikumunda pedaqoji fəaliyyətə başlayan Tahir Paşazadə 1956-cı ildə Lenin (indiki Sabunçu) rayon komsomol komitəsinin birinci katibi seçilmişdir. 1958-ci ildən ömrünün sonunadək Azərbaycan Televiziya Radio Verilişləri Komitəsində ayrı-ayrı vəzifələrdə çalışmışdır. Fəal ictimai-siyasi fəaliyyətinə görə Moskvadakı Ali Partiya Məktəbində hazırlıq kursu keçmişdir. Teleradio Verilişləri Komitəsi partiya təşkilatının katibi sədr müavini vəzifələrində işləyərkən çoxsaylı kollektivin dərin hörmətini qazanmışdır. Tahir Paşazadə bir sıra jurnalist mükafatlarına layiq görülmüş, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı ilə təltif olunmuşdur.

1990-cı il aprelin 28-də dünyasını dəyişmişdir.

"Bir portretin nağılı" kitabı Tahir Paşazadənin ictimai-siyasi yaradıcılıq fəaliyyətini hərtərəfli əhatə etməklə onun unudulmaz xatirəsinə həsr edilmiş nəşr kimi qiymətlidir.

 

 

Azərbaycan.- 2010.-14 yanvar.- S. 8.