Prezident İlham Əliyev görkəmli neftçi-alim Xoşbəxt Yusifzadənin 80 illik yubiley mərasimində iştirak etmişdir

 

Yanvarın 14-də "Buta" sarayında görkəmli neftçi-alim, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin geologiya, geofizika yataqların işlənməsi üzrə birinci vitse-prezidenti, geologiya-mineralogiya elmləri doktoru, akademik Xoşbəxt Yusifzadənin 80 illik yubileyi münasibətilə mərasim keçirilmişdir.

Azərbaycan Prezidenti İlham Əliyev xanımı Mehriban Əliyeva mərasimdə iştirak etmişlər.

Saraya toplaşanlar dövlət başçısını xanımını hərarətlə qarşıladılar.

Prezident İlham Əliyev mərasimdə çıxış etdi.

Dövlət başçısı yubilyarı təbrik etdi, ölkəmizdə zəngin neft-qaz yataqlarının kəşf edilməsi işlənilməsində, neft emalı sənayesinin inkişafında, Xəzər dənizindəki genişmiqyaslı axtarış-kəşfiyyat işlərinin uğurla həyata keçirilməsində Xoşbəxt Yusifzadənin böyük xidmətlərini xatırlatdı.

Prezident İlham Əliyev dedi ki, Xoşbəxt Yusifzadənin elmi yaradıcılığı neft qaz sənayesinin aktual problemlərinin həllinə, neft-qaz geologiyasının inkişafına, yataqların işlənilməsinə geofiziki axtarış üsullarının təkmilləşdirilməsinə dəyərli töhfə olmuşdur.

Prezident İlham Əliyev Azərbaycanda neft sənayesinin elminin inkişafında böyük xidmətlərinə görə Xoşbəxt Yusifzadəyə "Şərəf" ordenini təqdim etdi.

Yubilyar mərasimdə çıxış edərək diqqət qayğıya görə dövlət başçısına minnətdarlıq etdi. Ulu öndər Heydər Əliyev ilə olan xatirələrini yada salan X.Yusifzadə ümummilli liderin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında bundan sonra da ölkəmizin inkişafı üçün əzmlə çalışacağını dedi.

Görkəmli neftçi-alim Xoşbəxt Yusifzadənin həyat yoluna həsr olunmuş film nümayiş etdirildi.

Mərasim konsert proqramı ilə başa çatdı.

(Mərasim barədə geniş hesabat qəzetin növbəti nömrəsində dərc ediləcəkdir).

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 15 yanvar.- S. 2.