Tədbirlər planı təsdiq edilmişdir
Bakı Şəhər
Mədəniyyət və Turizm idarəsi Azərbaycanın ərazi
bütövlüyü, müstəqilliyi və
azadlığı uğrunda şəhid olanların əziz
xatirəsinin anılması üçün 20 Yanvar faciəsinin
20-ci ildönümünün keçirilməsi ilə
bağlı tədbirlər planının təsdiq
etmişdir.
Plan çərçivəsində
mədəniyyət evləri və kitabxanalarda, teatr və
klublarda faciənin 20-ci
ildönümünə həsr olunmuş ədəbi-bədii
kompozisiyaların, xartirə və anım tədbirlərinin
keçirilməsi nəzərdə tutulmuşdur.
Eyni zamanda, uşaq musiqi
və incəsənət məktəblərində faciəyə
həsr olunmuş dərslər keçiriləcək, incəsənət
məktəblərində uşaqların rəsm əsərlərindən
ibarət sərgilər açılacaqdır. Bundan əlavə,
muzeylərdə, uşaq kitabxanalarında 20 Yanvar faciəsi ilə
bağlı kitab sərgiləri və ədəbi –bədii tədbirlər
təşkil ediləcəkdir.
AzərTAc
Azərbaycan.- 2010.- 15 yanvar.- S. 6.