Prezident İlham Əliyev Respublika
mehmanxanasında aparılan əsaslı təmir və yenidənqurma
işlərinin gedişi ilə tanış olmuşdur
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 15-də Respublika mehmanxanasında həyata keçirilən əsaslı təmir və yenidənqurma işlərinin gedişi ilə tanış olmuşdur.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Respublika mehmanxanasına gəldilər.
Dövlətimizin başçısına məlumat verildi ki, yenidənqurma işlərini yerli mütəxəssislərdən ibarət inşaat briqadası həyata keçirir. İnşaat işlərinə 140-a yaxın fəhlə və mütəxəssis cəlb olunub. Təmir və yenidənqurma işləri ən müasir standartlara uyğun şəkildə aparılır. Qeyd olundu ki, mehmanxanada müxtəlif tədbirlərin keçirilməsi üçün konfrans zalı da nəzərdə tutulub. Qonaqlara yüksək səviyyəli iaşə xidməti göstərmək üçün restoran və kafelər fəaliyyət göstərəcəkdir. Təmir və yenidənqurma işlərinin may ayında başa çatdırılması nəzərdə tutulur.
Görülən
işlərlə yaxından tanış olan dövlətimizin
başçısı müvafiq tövsiyə və
tapşırıqlarını verdi.
AzərTAc
Azərbaycan.- 2010.- 16 yanvar.- S. 2.