Azərbaycan ilə Qətər arasında diplomatik və xüsusi pasportlara malik şəxslərin viza tələblərindən
azad olunması haqqında saziş imzalanmışdır
Yanvarın 12-də Dohada "Azərbaycan Respublikası hökuməti və Qətər Dövləti hökuməti arasında diplomatik və xüsusi pasportlara malik şəxslərin viza tələblərindən azad olunmaları haqqında Saziş" imzalanmışdır.
Xarici İşlər Nazirliyindən bildirmişlər
ki, sənədi Azərbaycan tərəfdən
xarici işlər naziri Elmar Məmmədyarov,
Qətər tərəfdən
dövlət naziri Şeyx Məhəmməd
bin Xalid Al-Tani imzalamışlar.
AzərTAc
Azərbaycan.- 2010.- 13 yanvar.- S. 1.