Azərbaycanın ixrac potensialı artır

 

Qlobal maliyyə böhranı şəraitində inkişaf etmiş dövlətlərin iqtisadiyyatında geriləmə müşahidə olunsa da, Azərbaycanda artım meyillərinin nəzərə çarpması uğurla aparılan iqtisadi siyasət xəttinin məntiqi nəticəsidir. İqtisadi sosial inkişaf konsepsiyasına uyğun olaraq islahatların davam etdirilməsi insanların rifah halının günü-gündən yüksəlməsi bu siyasətin uğurlarından xəbər verir. Ötən altı ildə qeyri-neft sektorunun inkişafı, yeni istehsal müəssisələrinin işə salınması, sahibkarlıq fəaliyyətinin artırılması, yeni infrastrukturların yaradılması istiqamətində görülmüş kompleks tədbirlər bugünkü uğurlara gətirib çıxarmışdır. Prezident İlham Əliyev ötən müddətdə özəl sektorun inkişafına xüsusi diqqət yetirmiş, sahibkarlığın inkişafına əngəl törədən süni maneələrin qanunvericilik qaydasında aradan qaldırılması, fəaliyyətin bu növü ilə məşğul olanların hərtərəfli dəstəklənməsi məqsədilə mühüm addımlar atmışdır.

 

Ölkə başçısının imzaladığı "Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında" fərmanı "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)" respublikamızda yeni inkişaf mərhələsinin əsasını qoymuşdur.

Dövlət proqramlarının uğurla icra edilməsi Azərbaycanda iqtisadiyyatın bütün sahələrinin sürətli inkişafına, o cümlədən yerli xarici investisiyalar, müasir texnologiyalar, idarəetmə təcrübəsi cəlb etməklə rəqabət qabiliyyətli məhsul istehsal edən müəssisələrin yaradılmasına, infrastrukturun yeniləşməsinə, yeni is yerlərinin açilmasına imkan vermişdir. İqtisadiyyatın keyfiyyətcə yeni mərhələsində məhz özəl sektorun sosial-iqtisadi inkişafın başlıca təminatçısı kimi dəyərləndirilməsi güclü sahibkarlar təbəqəsinin formalaşmasına, onların cəmiyyətdəki mövqelərinin güclənməsinə gətirib çıxarmışdır. Sahibkarlığın inkişafı üçün zəruri maliyyə təminatı yaradılmış, süni maneələrin aradan qaldırılması üçün mükəmməl qanunvericilik bazası formalaşdırılmış, fəaliyyətin bu növü ilə məşğul olanların hərtərəfli stimullaşdırılması məsələsi diqqət mərkəzində saxlanılmışdır. İnvestisiyaların təşviqi üçün respublikada daha münbit sərait yaratmaq, daxili xarici sərmayəni stimullaşdıran səmərəli metodlardan istifadə etmək, xarici kapital qoyuluşunun başlıca istiqamətini regionların, qeyri-neft sektorunun inkişafına yönəltmək, habelə maddiləşən isgüzar fəallığı gücləndirmək üçün kompleks tədbirlər həyata keçirilmişdir. Dövlət başçısı İlham Əliyevin 14 aprel 2009-cu il tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda regionların inkişafı ilə yanaşı, sahibkarlığın dinamik yüksəlişinə xüsusi diqqət ayrılır.

Kənd təsərrüfatının maddi-texniki bazasını möhkəmləndirmək, istehsalçılara texniki xidməti daha da genişləndirmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin "Aqrar bölmədə lizinqin genişləndirilməsi sahəsində əlavə tədbirlər haqqında" sərəncamı ilə "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyəti yaradıldı. "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyəti yarandığı gündən aqrar sektorun inkişafı istiqamətində çox mühüm işlər həyata keçirmişdir. Torpaq islahatlarının, habelə aqrar sektorda aparılmış digər köklü islahatların nəticəsidir ki, respublikamızda istehsal olunan kənd təsərrüfatı məhsullarında hər il dinamik artım müşahidə edilməkdədir. Prezident İlham Əliyev Dünya Azərbaycanlılıarının Həmrəyliyi Günü Yeni il münasibətilə Azərbaycan xalqını təbrikində bildirmişdir: "2009-cu ildə kənd təsərrüfatının inkişafı sahəsində böyük işlər görülübdür. Üç milyon ton taxıl yığılıbdır. Bu, rekord göstəricidir. Azərbaycan tarixində bu günə qədər heç vaxt bu qədər taxıl istehsal olunmurdu. Bütün başqa kənd təsərrüfatı məhsullarının istehsalı üçün praktiki işlər görülür, subsidiyalar, kreditlər verilir, soyuducu anbarlar, taxıl anbarları tikilir, suvarma tədbirləri görülür. Yəni, kənd təsərrüfatını daha da inkişaf etdirmək üçün bizim düşünülmüş proqramımız vardır bunun nəticəsində Azərbaycanda kənd təsərrüfatı məhsulları artır. Biz bu gün özümüzü, demək olar ki, əsas kənd təsərrüfatı məhsulları ilə təmin edirik. Gələcəkdə bu, daha da böyük həcmlə təşkil ediləcəkdir. Həm öz daxili tələbatımızı ödəmək üçün, həm ixrac potensialımızı artırmaq üçün gələcəkdə əlavə imkanlar yaradılacaqdır. Ölkəmiz üçün həm iqtisadi, həm sosial baxımdan çox vacib olan bu sahənin inkişafı kompleks tədbirlər nəticəsində təmin edilir".

Qlobal maliyyə böhranına baxmayaraq, ölkə iqtisadiyyatının inkişaf tempinin qorunub saxlanması, islahatların əvvəlki illərdə olduğu kimi davam etdirilməsi, kənd təsərrüfatı məhsullarının artması aparılan iqtisadi siyasətin düzgünlüyünü təsdiq edir. Əhalinin maddi rifahının yüksəlməsi sosial şəraitinin yaxşılaşması, investisiya qoyuluşlarının həyata keçirilməsi bu iqtisadi siyasətin davamlı olmasını zəruri edir.

Müqayisə üçün qeyd edək ki, 2006-cı ilin dövlət büdcəsində investisiya layihələrinin maliyyələşdirilməsinə 600 milyon manat ayrılmışdısa, 2007-ci ildə bu rəqəm 1,5 milyard, 2008-ci ildə 4,3 milyard, 2009-cu ildə 5,6 milyard manat olmuşdur. Son illərdə bu məqsədlə ayrılmış vəsaitlər regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında nəzərdə tutulmuş məqsədlərin gerçəkləşdirilməsinə, ilk növbədə, sosial-mədəni infrastrukturun yeniləşdirilməsinə yönəldilmişdir. 2009-cu ilə nisbətən 2010-cu ildə dövlət büdcəsi xərclərinin tərkibində kənd təsərrüfatı, meşə təsərrüfatı balıqçılıq xərclərinin xüsusi çəkisi 0,1 faiz artaraq 3,4 faiz təşkil edir.

Azərbaycanın 2010-cu ildə davamlı inkişaf yolunda olacağını müxtəlif beynəlxalq təşkilatlar da birmənalı təsdiqləyirlər. Belə ki, dünya ölkələrində iqtisadi artım 1-2 faizlik templə müşahidə olunduğu halda, respublikamızda inkişaf indikatoru 8 faizdən aşağı proqnozlaşdırılmır. Bunu dünyanın aparıcı maliyyə institutlarının digər beynəlxalq təşkilatların proqnozlarından da hiss etmək olar. Beynəlxalq Valyuta Fondu 2010-cu ildə Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) artım sürətini 12,5 faiz, Dünya Bankı 7,8 faiz, Avropa Yenidənqurma İnkişaf Bankı 6 faiz, Asiya İnkişaf Bankı isə 6,7 faiz proqnozlaşdırır. Region ölkələrinin proqnoz göstəriciləri arasında ən yaxşı nəticə məhz ölkəmizə aiddir.

Bütün sahələrdə əldə olunan yüksək göstəricilər Azərbaycanın mütərəqqi inkişaf yolunda olduğunu bir daha təsdiqləyir. Ölkəmizdə qeyri-neft sektorunun davamlı inkişafı paytaxtla bölgələr arasında inkişaf fərqini aradan qaldırmaqla böyük nəticələrə gətirib çıxarıb. Azərbaycan dünyada təkcə neft ölkəsi kimi deyil, eyni zamanda güclü qeyri-neft sektoruna malik dövlət kimi tanınır.

 

 

E.HACIALIYEV

 

Azərbaycan.- 2010.- 17 yanvar.- S. 1.