Azərbaycan Respublikasının ayırdığı yardım Luvr muzeyinin xalçalar kolleksiyasının bərpa edilməsinə sərf olunmuşdur

 

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Azərbaycan Respublikasının YUNESKO yanında Daimi Nümayəndəliyinə istinadla bildirmişlər ki, Fransanın tanınmış "Fiqaro" qəzetinin 2009-cu il 8 dekabr tarixli nömrəsində ötən il Parisin məşhur Luvr muzeyinə dünyanın müxtəlif dövlətləri, özəl şirkət şəxslər tərəfindən edilmiş könüllü ianələr haqqında məlumat dərc olunmuşdur. Məlumatda bildirilir ki, Luvr muzeyinin islam incəsənətinə həsr olunmuş yeni guşəsinin yaradılmasına Fransa xeyriyyəçiləri ilə yanaşı, bir sıra müsəlman ölkələri, o cümlədən Azərbaycan Respublikası da öz töhfəsini vermişdir.

Luvr muzeyindən verilən məlumata əsasən, Azərbaycan tərəfindən ayrılmış bir milyon avro muzeyin xalçalar kolleksiyasının bərpa edilməsinə yönəldilmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.-19  yanvar.- S. 11.