Moskvada "Qarabağ gündəliyi" kitabı işıq üzü görmüşdür

 

İslam Konfransı Təşkilatı Gənclər Forumundan (İKTGF) bildirmişlər ki, Moskvanın Rusiyanın digər şəhərlərinin kitab mağazalarında bu ölkədə fəaliyyət göstərən Kanonplyus nəşriyyatında işıq üzü görmüş "Qarabağ gündəliyi" kitabının satışına başlanılmışdır.

Kitabın müəllifi "Qarabağ qan girdabında", "Məşəqqətli günlər" "Dağıntılar" trilogiyasını qələmə alan, keçən əsrin 80-ci illərinin sonlarından etibarən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətləri Rusiya ictimaiyyətinə çatdıran tanınmış kulturoloq, professor Yuri Pompeyevdir.

Yeni nəşrdə münaqişənin alovlanmasında xüsusi rol oynamış erməni lobbisi onun M.Qorbaçovla əlaqələrinin pərdəarxası məqamları açıqlanmış, Xocalı faciəsinə gedən proseslər təhlil edilmişdir.

Rus ziyalısının yazdığı bu kitabda 20 Yanvar faciəsində Qorbaçovun oynadığı neqativ rol, ümummilli lider Heydər Əliyevin keçən əsrin 90-cı illərinin əvvəllərində ağır siyasi şəraitdə Azərbaycana qayıdaraq ölkənin müstəqilliyinin əldə edilməsi qorunması uğrunda apardığı mübarizə obyektiv təhlil edilmişdir.

Adıçəkilən kitab "Xocalıya ədalət" kampaniyası www.yusticeforkhoyaly.org) çərçivəsində nəşr edilmişdir. "Xocalıya ədalət" kampaniyası İslam Konfransı Təşkilatı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyeva tərəfindən irəli sürülmüş, Xocalı faciəsinə dünya ictimaiyyəti tərəfindən mənəvi, o cümlədən siyasi-hüquqi qiymətin verilməsi məqsədi daşıyır.

 

 

Azərbaycan.- 2010.- 20 yanvar.- S. 7.