Bakıda Respublika Klinik Uroloji Xəstəxanasının əsaslı təmirdən sonra açılışı olmuşdur

 

Azərbaycan Prezidenti İlham Əliyev xanımı Mehriban Əliyeva mərasimdə iştirak etmişlər.

 

 

Yanvarın 21-də Bakıda Respublika Klinik Uroloji Xəstəxanasının əsaslı təmirdən sonra açılışı olmuşdur.

Mehriban xanıma gül dəstəsi təqdim edildi.

Respublika Klinik Uroloji Xəstəxanası keçmiş Sovet İttifaqında ilk ixtisaslaşmış uroloji klinikalardan biri olmaqla, 1966-cı ildə akademik Mirməmməd Cavadzadənin rəhbərliyi ilə yaradılmışdır. Xəstəxanada 1969-cu ildə hemodializ və süni böyrək laboratoriyası açılmış, 1971-ci ildə Cənubi Qafqazda və Yaxın Şərqdə ilk dəfə uğurlu böyrəkköçürmə əməliyyatı aparılmışdır.

Praktik fəaliyyətlə yanaşı, bu xəstəxananın respublikada urologiya və nefrologiya elminin inkişafında böyük rolu olmuşdur. Təsadüfi deyil ki, 1972-ci ildə uroloqların I Ümumittifaq Qurultayı məhz Bakıda, Respublika Klinik Uroloji Xəstəxanasında keçirilmişdir. O zaman qurultay nümayəndələri ümummilli lider Heydər Əliyev tərəfindən yüksək səviyyədə qəbul edilmişdir.

Ümumiyyətlə, bu klinikada 1983-cü ilədək 30 böyrəkköçürmə əməliyyatı aparılmışdır. Lakin maddi-texniki bazanın və donor orqan təchizatının zəifləməsi nəticəsində klinikanın böyrəkköçürmə sahəsində fəaliyyəti dayandırılmışdır.

Prezident İlham Əliyevin 2007-ci ilin sentyabrında klinikanın əsaslı təmir təchizatı, onun nəzdində böyrəkköçürmə mərkəzinin yaradılması haqqında imzaladığı sərəncama uyğun olaraq Prezidentin Ehtiyat Fondundan, habelə dövlət əsaslı vəsait qoyuluşu xərclərindən ayrılmış vəsait hesabına xəstəxanada yenidənqurma işləri aparılmışdır. Nəticədə klinika ən müasir standartlara cavab verən tibb ocağına çevrilmişdir.

Azərbaycan Prezidenti İlham Əliyev xanımı Mehriban Əliyeva xəstəxana ilə tanış oldular.

Səhiyyə naziri Oqtay Şirəliyev məlumat verdi ki, xəstəxananın hər üç korpusu əsaslı təmir olunmuşdur. Ümumi sahəsi 6,7 min kvadratmetr olan xəstəxanada 167 otaq, o cümlədən 47 palata, 7 otaqdan ibarət iki əməliyyat bloku, mətbəx s. əsaslı təmir edilmiş, yeni qazanxana tikilmiş, tibb ocağını fasiləsiz elektrik enerjisi ilə təmin edən generator, mərkəzləşdirilmiş havalandırma sistemi qurulmuşdur. 120 çarpayılıq klinikada uroloji nefroloji xəstələrə yüksək səviyyədə tibbi yardım göstərmək imkanı olan qəbul, xroniki böyrək çatışmazlığı, uşaq uroloji, hemodializ, böyrəkköçürmə, reanimasiya anesteziologiya, şüa diaqnostikası şöbələri, immunoloji laboratoriya vardır.

 

* * *

 

Xəstəxananın fəaliyyəti ilə tanış olan Prezident İlham ƏLİYEV səhiyyə ocağının tibb heyəti ilə görüşdü, onları təbrik edərək dedi:

- Ürəkdən təbrik edirəm. Bu gün uroloji xəstəxana əsaslı təmirdən sonra açılmışdır. Çox şadam ki, bütün təmir-quraşdırma işləri yüksək səviyyədə aparılmışdır.

Yəqin ki, siz bilirsiniz, iki il bundan əvvəl görkəmli alim, akademik Mirməmməd Cavadzadə mənə bu xəstəxananın təmiri ilə bağlı müraciət etmişdi. O müraciəti Mirməmməd müəllim mən onu "İstiqlal" ordeni ilə təltif etdiyim zaman etmişdir. Azərbaycanın dövlət büdcəsində bu məsələlər üçün vəsait nəzərdə tutulmamasına baxmayaraq, mən qərar qəbul etdim ki, Prezidentin Ehtiyat Fondundan ilkin vəsait ayrılsın biz təmir işlərini aparaq. Birinci fikir belə idi ki, ancaq bir mərtəbə təmir olunsun burada müasir böyrəkköçürmə mərkəzi yaradılsın. Ancaq sonra qərara gəldik ki, ümumiyyətlə, bütün xəstəxana təmir edilsin, faktik olaraq yenidən qurulsun. Həm təmir işləri görülüb, həm müasir avadanlıq quraşdırılıb. Yəni bu gün bu xəstəxana ən yüksək standartlara cavab verir burada ən gözəl, müasir avadanlıq quraşdırılıb.

Mən çox şadam ki, bu gün biz bu xəstəxananın elə bil yeni həyatını birlikdə qeyd edirik. Mən hesab edirəm ki, bu xəstəxanaya Mirməmməd Cavadzadənin adının verilməsi düzgün olardı. Çünki bu xəstəxananın yaradılmasının təşəbbüskarı məhz o olmuşdur 40 ildən çox müddət ərzində xəstəxanaya rəhbərlik etmişdir. Bu münasibətlə bütün lazımi qərarlar verilməlidir Mirməmməd müəllimin adı əbədiləşdirilməlidir.

Ümumiyyətlə, Azərbaycanda son illər ərzində səhiyyə sahəsində çox uğurlu işlər görülür. Yeni xəstəxanaların açılışı çox geniş vüsət almışdır, həm Bakıda, həm ölkəmizin müxtəlif rayonlarında. Bölgələrdə 10 müalicə-diaqnostika mərkəzi tikilib, 6-sı tikilməkdədir. Demək olar ki, bütün rayonlarda mərkəzi xəstəxanalar, uşaq xəstəxanaları təmir edilir, yeniləri tikilir. Bakıda çox böyük elmi-tədqiqat institutlarının əsaslı təmir işləri başa çatır bəziləri - Oftalmologiya, Onkologiya, Talassemiya mərkəzləri artıq istismara verilibdir. Bu gün uroloji xəstəxananın açılışını qeyd edirik. Dövlət Tibb Universitetinin iki korpusu - terapevtik cərrahiyyə korpusları. Orada da işlər gedir. Hərbi hospital, Daxili İşlər Nazirliyinin hospitalı, Gömrük Komitəsinin hospitalı - bütün bunlar Azərbaycanın səhiyyə sisteminin müasirləşməsinə xidmət göstərir.

Çox vacibdir ki, bu gözəl şəraitdə insanlara yüksək tibbi xidmət göstərilsin. İndi bunu etmək üçün bütün imkanlar vardır. Gözəl şərait, ən müasir avadanlıq. Əsas odur ki, bu tibb müəssisələrində çalışan həkimlər bütün işçilər insanlara, xəstələrə ən yüksək tibbi xidmət göstərsinlər. Əminəm ki, belə olacaqdır. Bu xəstəxanalarda işləmək üçün bütün şərait, xəstələrin müalicəsi, diaqnostika üçün bütün imkanlar vardır. Beləliklə, biz Azərbaycanda müasir səhiyyə sisteminin yaradılması işində növbəti vacib addımı atırıq. Əminəm ki, gələcək illərdə bizim bütün planlarımız həyata keçiriləcəkdir. Təkcə keçən il, - böhranlı il olmasına baxmayaraq, - Azərbaycanda 59 yeni səhiyyə müəssisəsi yaradılıb, yaxud da ki əsaslı təmir edilibdir. Bu il bu proses davam edəcəkdir. Biz elə etməliyik ki, həm Bakıda, həm bütün bölgələrdə hər bir vətəndaş yüksək tibbi xidmət almaq üçün imkanlara malik olsun.

Mən sizi bu gözəl xəstəxananın yenidən fəaliyyətə başlaması münasibətilə bir daha təbrik edirəm. Sizə işlərinizdə uğurlar arzulayıram.

 

* * *

 

Xəstəxananın kollektivi adından Prezident İlham Əliyevə minnətdarlıq edən tibb bacısı Vəzifə QULİYEVA dedi:

- Hörmətli Prezident hörmətli Mehriban xanım!

Bugünkü sevinci bizə bəxş etdiyiniz üçün klinikanın rəhbərliyi kollektivi adından çox dərin təşəkkürümüzü bildiririk. Biz tibb işçisi olaraq Sizə ailənizə uzun ömür, cansağlığı arzu edirik.

Çox sağ olun!

 

* * *

 

Sonda xatirə şəkli çəkdirildi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 22 yanvar.- S. 1.