Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyası Prezidenti Administrasiyasının rəhbəri Sergey Narışkini qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 23-də Rusiya Federasiyası Prezidenti Administrasiyasının rəhbəri Sergey Narışkini qəbul etmişdir.

Görüşdə ölkələrimiz arasında ikitərəfli əlaqələrin müxtəlif sahələrdə, o cümlədən humanitar sahədə uğurla inkişaf etdiyi vurğulandı.

Bakıda keçirilən Humanitar Əməkdaşlıq üzrə Birinci Azərbaycan-Rusiya Forumunun əhəmiyyətinin qeyd olunduğu görüşdə bu cür tədbirlərin Azərbaycan ilə Rusiya arasında əməkdaşlığın daha da dərinləşməsi işinə xidmət etdiyi bildirildi. Qeyd edildi ki, ölkələrimiz arasında humanitar sahədə əlaqələr möhkəm əsaslara söykənir əlaqələrimiz beynəlxalq sahədə humanitar əməkdaşlıq üçün yaxşı nümunədir.

Azərbaycan Prezidentinin Humanitar Əməkdaşlıq üzrə Birinci Azərbaycan-Rusiya Forumunun iştirakçıları ilə səmərəli məhsuldar görüşünün əhəmiyyəti vurğulandı. Görüşdə forumun növbəti ildən mütəmadi olaraq keçirilməsinin formatının genişləndirilməsinin məqsədəuyğun olduğu bildirildi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 24 yanvar.- S. 2.