Ramiz MEHDİYEV: Humanitar
Əməkdaşlıq üzrə
Azərbaycan-Rusiya Forumu
gələn ildən beynəlxalq xarakter daşıyacaqdır
Humanitar Əməkdaşlıq üzrə Birinci Azərbaycan-Rusiya Forumu gələn ildən ənənəvi olmaqla beynəlxalq status daşıyacaqdır.
Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev jurnalistlərə müsahibəsində bildirmişdir ki, gələn ildən etibarən bu forumun formatı yalnız Azərbaycan və Rusiyanın nümayəndələri ilə məhdudlaşmayacaqdır.
Akademik R.Mehdiyev demişdir: "Biz belə qərara gəldik ki, bu, Bakı forumu olmalıdır. Bakı forumu dedikdə, burada yalnız Rusiyanın tanınmış xadimləri deyil, həm də hər bir ölkənin nümayəndəsi iştirak edə biləcəkdir. Bu bizə Azərbaycanın problemləri, ölkəmizin durumu haqqında məlumatları dünyaya çatdırmaq imkanı verəcəkdir".
AzərTAc
Azərbaycan.- 2010.- 24 yanvar.- S. 2.