S.Kondratov: "Heydər
Əliyev Azərbaycan-Rusiya
münasibətlərinin köklərinə
yaxşı bələd
idi"
Humanitar Əməkdaşlıq üzrə Birinci Azərbaycan-Rusiya Forumunun AzərTAc-da keçirilən bölmə iclasının iştirakçısı, "TERRA" İnformasiya-Poliqrafiya Kompleksinin İdarə Heyətinin sədri Sergey Kondratov demişdir ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Rusiya-Azərbaycan münasibətlərinin köklərinə yaxşı bələd idi. O, bu münasibətlərin qorunub saxlanması və inkişaf etdirilməsi üçün çox iş görmüşdür. Azərbaycan Prezidenti İlham Əliyev də bu siyasəti uğurla davam etdirir və bu, Rusiyada ona olan böyük rəğbətin gündən-günə artmasının əsas səbəblərindən biridir.
S.Kondratov vurğulamışdır ki, səfər çərçivəsində iki dildə "Azərbaycan" ensiklopediyasının birgə hazırlanması ilə əlaqədar razılıq əldə edilmişdir. Rusiya tərəfindən bu layihədə "TERRA" nəşriyyatı iştirak edəcəkdir. Azərbaycan ilə hansı qurumun layihəyə qatılacağı barədə danışıqlar aparılır.
AzərTAc
Azərbaycan.- 2010.-24
yanvar.- S. 3.