Bakı Müasir İncəsənət Muzeyi Humanitar Əməkdaşlıq üzrə Birinci Azərbaycan-Rusiya Forumunun iştirakçılarında xoş təəssürat yaratmışdır

 

Humanitar Əməkdaşlıq üzrə Birinci Azərbaycan-Rusiya Forumunun iştirakçılarından bir qrupu yanvarın 23-də Bakı Müasir İncəsənət Muzeyində olmuşdur.

Burada qonaqlara məlumat verilmişdir ki, muzeydə Azərbaycanın gənc tanınmış, əsasən avanqard üslubda işləyən rəssam heykəltəraşlarının 1000-dək əsəri toplanmışdır.

Bildirilmışdir ki, dizayn müəllifi tanınmış rəssam Altay Sadıqzadə olan yeni mədəniyyət məbədində uşaq incəsənəti salonu, kitabxana, videosalon s. fəaliyyət göstərir. Muzeydə 800-dək rəsm işi ilə yanaşı, 200-dən çox heykəltəraşlıq nümunələri nümayiş olunur.

Səfər təəssüratlarını jurnalistlərlə bölüşən Rusiya Kinematoqrafçılar İttifaqı Konfederasiyası sədrinin müavini Konstantin Şerbakov bildirmişdir: "Mən Bakıda tez-tez oluram hər dəfə həmkarlarımla görüşürəm. Əminliklə deyə bilərəm ki, Bakıda keçirilən bu forum ölkələrimiz arasında mədəni əlaqələrin daha da genişlənməsinə öz töhfəsini verəcəkdir".

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 24 yanvar.- S. 4.